Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İranın Baş Qərargah rəisi Rusiya ilə hərbi əməkdaşlığı qiymətləndirib

© Photo : Пресс-служба Минобороны РФ / Mediabanka keçidRusiyanın müdafiə naziri Sergey Şoyqu
Rusiyanın müdafiə naziri Sergey Şoyqu - Sputnik Azərbaycan, 1920, 19.10.2021
Abunə olmaq
Məhəmməd Bağiri qeyd edib ki, Rusiya və İranın Əfqanıstan məsələsinə yanaşması üst-üstə düşür.
BAKI, 19 oktyabr — Sputnik. İranla Rusiyanın hərbi sahədə əməkdaşlığı böyük əhəmiyyət daşıyır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, bu fikri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşdə dilə gətirib.

"Ölkələrimiz arasında inkişaf edən genişmiqyaslı əməkdaşlıq üçün sizə minnətdaram", – deyə general Bagiri bildirib.

O, Şoyquya və Rusiya rəhbərliyinə İranın Şanxay təşkilatına daxil olmasında göstərdiyi dəstəyə görə öz təşəkkürünü də ifadə edib.
Bagiri belə hesab edir ki, Rusiya Silahlı Qüvvələrinin İran Silahlı Qüvvələri ilə birgə Suriyada beynəlxalq terrorizmlə apardığı mübarizə bu ölkənin qorunub-saxlanmasına səbəb olub.
Bagiri gələcəkdə də Suriya ordusunun bərpası naminə əməkdaşlığı dəstəkləməyi təklif edib.
İranın Baş Qərargah rəisi onu da qeyd edib ki, Rusiya və İranın Əfqanıstan məsələsinə yanaşması üst-üstə düşür. Onun sözlərinə görə, ABŞ-ın sözügedən ölkədə yaratdığı ordu effektsiz olub.

"Amerikalılar Əfqanıstanı tərk edəndən sonra bu ölkə çoxsaylı problemlərlə üz-üzə qalıb. Bu problemlərin çoxu onunla əlaqədardır ki, Əfqanıstanın vacib strukturları saxlamaq üçün vəsaiti yoxdur", – deyə Bagiri qeyd edib.

Onun sözlərinə görə, hazırda İranda 3 milyondan çox əfqan qaçqını var.
Bagirinin fikrincə, İranın həll etməli olduğu problemlərdən biri də Əfqanıstandan gələn narkotrafikin qarşısını almaqdır. Belə ki, keçən il İranın güc strukturları bu ölkənin sərhədində başqa ölkələr üçün nəzərdə tutulmuş 1200 ton narkotik vasitə tutublar.
Xəbər lenti
0