Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Metronun "Nərimanov" stansiyası adi rejimdə işləyir - Rəsmi açıqlama

© Sputnik / Murad OrujovBakı Metropoliteninin Nəriman Nərimanov stansiyası
Bakı Metropoliteninin Nəriman Nərimanov stansiyası - Sputnik Azərbaycan, 1920, 16.10.2021
Abunə olmaq
F.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə və bu küçədən Təbriz küçəsinə də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
BAKI, 16 oktyabr — Sputnik. Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla bağlı metronun “Nəriman Nərimanov” stansiyasının bir çıxışı bağlandığı barədə məlumatlar yayılıb. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yanğın səbəbilə metronun hərəkətinə heç bir məhdudiyyət yoxdur:

"Nərimanov metrostansiyasının bütün çıxışlarından sərnişinlər rahat şəkildə istifadə edə bilirlər. Biz yanğın səbəbilə Nərimanov metrostansiyasının heç bir çıxışını bağlamamışıq".

Onu da qeyd edək ki, Bakının Nərimanov rayonunda yerləşən "Metro City" ticarət mərkəzinin ətrafındakı ticarət obyektlərində baş verən yanğınla əlaqədar Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsinə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulub. Bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər verib
Yanğın üzündən daha öncə F.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə və bu küçədən Təbriz küçəsinə də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Xatırlaadaq ki, səhər saatlarından Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində yanğın başlayıb.
Xəbər lenti
0