Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Amerikanın eskadra-mina gəmisini Rusiya sularından belə sıxışdırdılar

© Sputnik / Murad OrujovRusiya HDQ-nin gəmisi, arxiv şəkli
Rusiya HDQ-nin gəmisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.10.2021
Abunə olmaq
Rusiyanın "Admiral Tributs" gəmisi eskadra-mina gəmisinə yaxınlaşaraq ondan kursunu dəyişməsini tələb edib. Bildirilib ki, dənizin bu hissəsi Rusiya-Çin təlimləri çərçivəsində gəmiçiliyə bağlıdır.
BAKI, 15 oktyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyi Amerikanın "Chafee" eskadra-mina gəmisinin Vladivostok yaxınlığında neytral sulara tərəf sıxışdırılması ilə bağlı əməliyyatın videosunu yayıb. Kadrlarda gəminin geri çəkilərək açıq dənizə tərəf üz tutduğu öz əksini tapıb.
Hadisə bu gün, oktyabrın 15-də Moskva vaxtı ilə 17:00-la 17:50 (Bakı vaxtı ilə 18:00-la 18:50) arasında Yapon dənizi hövzəsində baş verib.
Rusiyanın "Admiral Tributs" gəmisi eskadra-mina gəmisinə yaxınlaşaraq ondan kursunu dəyişməsini tələb edib. Bildirilib ki, dənizin bu hissəsi Rusiya-Çin təlimləri çərçivəsində gəmiçiliyə bağlıdır. Amerikalılar isə marşrutu dəyişə bilməyəkclərini deyiblər. Nəticədə "Admiral Tributs" gəmisi amerika gəmisini sıxışdırmağa başlayıb və onların arasında yalnız 60 metr məsafə qalanda "Chafee" geri çəkilib.
Xəbər lenti
0