Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin məşhur "KVN"-çini ordenlə təltif etdi

© Sputnik / Mihail Mokrushin / Mediabanka keçidAleksandr Maslyakov, arxiv şəkli
Aleksandr Maslyakov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Abunə olmaq
O, Kütləvi İnformasiya Vasitələrinin inkişafına əhəmiyyətli töhfə verdiyinə və uzun illər göstərdiyi səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
BAKI, 14 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin məşhur "KVN"-çi, Şən və Hazırcavablar Klubunun televiziya proqamlarının aparıcısı Aleksandr Maslyakovun "Vətən qarşısında xidmətlərinə görə" I dərəcəli Ordeni ilə təltif edilməsi haqqında fərman verib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb.
Putinin sözgüdən fərmanı hüquqi məlumatların rəsmi internet portalında dərc edilib.

"Kütləvi İnformasiya Vasitələrinin inkişafına əhəmiyyətli töhfə verdiyinə və uzun illər göstərdiyi səmərəli fəaliyyətinə görə, "Birinci Kanal" Səhmdar Cəmiyyətinin proqramlarının aparıcısı Aleksandr Vasilyeviç Maslyakov "Vətən qarşısında xidmətlərinə görə" I dərəcəli ordeni ilə təltif edilsin", – deyə sənəddə bildirilir.

Qeyd edək ki, bu il noyabrın 24-də Aleksandr Maslyakovun 80 yaşı tamam olacaq.
Xəbər lenti
0