Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva Qarabağ Bəyannaməsinin müddəalarına qeyd-şərtsiz əməl olunmasının tərəfdarıdır

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçid Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
 Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Abunə olmaq
RF XİN belə hesab edir ki, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü dini icmalar arasındakı dialoqun dərinləşməsinə səbəb olacaq unikal formatdır.
BAKI, 14 oktyabr — Sputnik. Moskva Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli bəyanatına ardıcıl şəkildə və qeyd-şərtsiz əməl olunmasının tərəfdarıdır. Bu fikri Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı günü keçirilən ənənəvi mətbuat konfransında səsləndirib.
"Biz ümid edirik ki, bununla mövcud mürəkkəb ikitərəfli məsələlər də daxil olmaqla, Bakı ilə Yerevan arasında münasibətlərin normallaşması üçün lazımi şərait yaranacaq", – deyə o vurğulayıb.
Zaxarova, həmçinin Azırbaycan, Rusiya və Ermənistanın dini liderlərinin oktyabrın 13-də baş tutumuş görüşünü unikal format adlandırıb. Onun sözlərinə görə, bu, dini icmalar arasndakı dialoqun dərinləşməsinə təsir göstərəcək.
"Biz bu fikirdəyik ki, sözgüdən görüş qarşılıqlı inamın artması, humanitar problemlərin həlli və mədəni irs obyektlərinin qorunması da daxil olmaqla, Cənubi Qafqazda münasibətlərin normallaşmasına və ümumi vəziyyətin yaxşılaşmasına xidmət edəcək", – deyə RF XİN-in rəsmi nümayəndəsi bildirib.
Xəbər lenti
0