QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mədəniyyət naziri: Şuşada üç məscid, iki kilsəni bərpa edirik

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidŞuşada qədim qala divarları
Şuşada qədim qala divarları - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Abunə olmaq
Ermənistanın Azərbaycan ərazisində həyata keçirdiyi dağıntılar barədə beynəlxalq qurum və təşkilatlara məlumat vermişik.
BAKI, 14 oktyabr — Sputnik. Qarabağ Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Anadolu Agentliyinə müsahibəsində deyib.
Nazir bildirib ki, Azərbaycan hökumətinin əsas vəzifəsi işğaldan azad ediləm bölgələri bərpa etmək və yenidən qurmaqdır:

"Prezident İlham Əliyevin elan etdiyi "Böyük Qayıdış" proqramında da bu məsələ prioritetdir. Bu proqramda tarixi və mədəni abidələrin də bərpası böyük yer tutur. İnsanlarımızın, mədəniyyətimizin, Azərbaycan ruhu və kimliyinin o bölgəyə dönməsi üçün mərhələli plan tətbiq edirik. Mədəni abidələrin vəziyyətini araşdırmaq və inventarlaşma üçün bölgəyə mütəxəssislər göndərmişik. Bəzi bölgələrdə artıq bərpa işlərinə başlanılıb. Xüsusilə Prezident İlham Əliyev tərəfindən ölkənin mədəniyyət paytaxtı elan edilən Şuşada 3 məscid və 2 kilsəni bərpa edirik".

A. Kərimov vurğulayıb ki, Azərbaycan tarixi və mədəni abidələri dağıtmayıb:

"Biz onları, sadəcə, qorumuruq, eyni zamanda bərpa edirik. Məqsədimiz təkcə abidələri bərpa etmək deyil, o ruhu, ənənələri, dəyərləri geri qaytarmaq və bölgəni canlandırmaqdır. Bu məsələdə qərarlıyıq. Yaxın dönəmdə Qarabağ Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək".

O bildirib ki, Ermənistanın Azərbaycan ərazisində həyata keçirdiyi dağıntılar barədə beynəlxalq qurum və təşkilatlara məlumat verilib, bu məsələni UNESCO-da xüsusilə gündəmə gətirilib:

"Təəssüf ki, beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar bu məsələdə istədiyimiz reaksiyanı vermirdi. Torpaqlarımızı işğaldan azad etdikdən sonra ikili standartlar daha çox ortaya çıxdı. Bütün bunlar çərçivəsində xristian abidələrinə nisbətən İslama aid mədəniyyət abidələrinə daha az diqqət yetirildiyini də gördük. Çünki həmin beynəlxalq qurumlar torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağdakı xristian mədəni irsi ilə bağlı narahatlıqlarını dilə gətirdi. Sanki 30 il ərzində tarixi abidələrimizin dağıdılması onlara maraqlı deyildi. Bunu məyusluqla qarşıladıq. Bu ikili standartları Azərbaycan qəbul etmədi".

Xəbər lenti
0