Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Patriarx Kirill: Rus Pravoslav Kilsəsi bu iki xalqın barışması üçün dua edir

© Sputnik / Сергей Пятаков / Mediabanka keçidВстреча патриарха Кирилла с духовными лидерами Армении и Азербайджана
Встреча патриарха Кирилла с духовными лидерами Армении и Азербайджана - Sputnik Azərbaycan, 1920, 13.10.2021
Abunə olmaq
Moskva və bütün Rusiyanın patriarxı Kirill bildirib ki, Cənubi Qafqazda ədalətli sülhün bərqərar olması naminə əlindən gələni əsirgəməyəcək.
BAKI, 13 oktyabr — Sputnik. Azərbaycan, Rusiya və Ermənistanın dini liderləri Moskvada keçirilən üçtərəfli görüşdə bəyan ediblər ki, Cənubi Qafqazda sabitlik naminə azərbaycanlılarla ermənilərin barışmasına kömək etməyə hazırdırlar. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, bunu Moskva və bütün Rusiyanın patriarxı Kirill deyib.
Qey edək ki, patriarx bu gün, oktyabrın 13-də Danilov monastırında bütün Qafqazın şeyxi Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaraginlə üçtərəfli görüş keçirib. Bir qədər əvvəl patriarx onların hər biri ilə ayrıca görüşüb.

"Dini liderlər indiki və sonrakı nəsillərin rifahı və tərəqqisi naminə azərbaycanlılara ermənilərin barışmasına kömək etməyə hazırdırlar. Rus Pravoslav Kilsəsi öz tərəfindən bizə yaxın olan bu iki xalqın barışması üçün dua edir və gələcəkdə də Cənubi Qafqazda ədalətli sülhün bərqərar olması naminə əlindən gələni əsirgəməyəcək", – deyə patriarxın görüşlə bağlı yekun bəyanatında bildirilir.

Xəbər lenti
0