Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyədə casusluq və əcnəbilərə hücum etməkdə şübhəli bilinən altı rusiyalı saxlanılıb

© AFP 2023 / OZAN KOSETürkiyə polisi
Türkiyə polisi - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Abunə olmaq
Cümə axşamı günü Ankarada Rusiya vətəndaşı olan "İslam Dövləti"nin* yaraqlısı saxlanılıb.
BAKI, 11 oktyabr — Sputnik. Türkiyədə əcnəbilərə hücum hazırlamaqda şübhəli bilinən altı nəfər rusiyalı saxlanılıb. Bu barədə respublika polisindəki mənbə RİA Novosti-yə bildirib.
"Çeçenistan sakinləri", - deyə dəqiqləşdirilib.
Şənbə günü "CNN Türk" telekanalı öz mənbələrinə istinadən həbslər barədə məlumat verib. Mediada yayılan məlumatlara görə, hücumlardan başqa, söhbət casusluqdan da gedir. Axtarış zamanı saxlanılanlarda silahlar aşkar edilib.
RİA Novosti-nin Türkiyə hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumatların rəsmi təsdiqi yoxdur.
"NTV" telekanalı xəbər verir ki, həmçinin cümə axşamı günü Ankarada Rusiya vətəndaşı olan "İslam Dövləti"nin* yaraqlısı saxlanılıb.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması
Xəbər lenti
0