Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Təhlükəsizlik Şurasının üzvlərinə MDB ölkələri ilə bağlı təklif verdi

© Sputnik / Evgeniy Paulin / Fotobanka keçməkRusiya Federasiyasının Prezidenti Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Belarus Prezidenti Aleksandr Lukaşenko hələ sentyabr ayında bəyan etmişdi ki, Putin tədbirdə iştirak etməyi planlaşdırır.
BAKI, 11 oktyabr — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi müşavirədə MDB ölkələri sammiti ərəfəsində postsovet məkanındakı dövlətlərlə qarşılıqlı əlaqələr məsələsinin müzakirəsini təklif edib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər yayıb.

"Oktyabrın 15-də MDB ölkələrinin sammiti keçiriləcək. Bununla əlaqədar olaraq sizinlə danışmaq və tərəfdaşlarımız, postsovet məkanındakı müttəfiqlərimiz, Müstəqil Dövlətlər Birliyi ölkələri ilə qarşılıqlı əlaqələrin bəzi aspektlərini müzakirə etmək istədim", – deyə Putin bildirib.

Qeyd edək ki, MDB ölkələrinin zirvə görüşü Minskdə baş tutacaq. Belarus Prezidenti Aleksandr Lukaşenko hələ sentyabr ayında bəyan etmişdi ki, Putin tədbirdə iştirak etməyi planlaşdırır.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала