QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Baş Prokurorluq: Gəncə terrorunu törədənlərin məsuliyyətə cəlb olunması ilə bağlı iş gedir

© Official website of President of Azerbaijan RepublicГенеральная прокуратура Азербайджанской Республики
Генеральная прокуратура Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Abunə olmaq
Baş Prokurorluq bildirib ki, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutmasında təqsirkar olan şəxslərin beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsi üçün lazımi tədbirlər görülür.
BAKI, 11 oktyabr — Sputnik. Baş Prokurorluq Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutmasının ildönümü ilə bağlı məlumat yayıb.
Sputnik Azərbaycan-ın Baş Prokurorluğun saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində 26 mülki şəxs həlak olub, 175 nəfər isə xəsarət alıb.
"Ermənistan silahlı qüvvələri tərəfindən sülh və insanlıq əleyhinə cinayətlər törədilməklə mülki əhalinin sıx yaşadığı Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə raket atəşinə tutulub.
Təqsirkar şəxslərin beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsindən ötrü lazımi tədbirlərin görülməsi davam etdirilir. Gəncə şəhərinin ağır artilleriyadan atəşə tutulması nəticəsində həlak olmuş soydaşlarımızı hörmətlə anırıq", - deyə məlumatda qeyd olunur.
Xəbər lenti
0