Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tatarıstandan 11 oktyabr matəm günü elan olunub

© Sputnik / Роман Кручинин / Mediabanka keçidKazan şəhərinə mənzərə, arxiv şəkli
Kazan şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.10.2021
Abunə olmaq
Azərbaycan Xarici İşlər Nazirliyi Tatarıstan Respublikasında baş verən təyyarə qəzası ilə bağlı Rusiya xalqına başsağlığı verib.
BAKI, 10 oktyabr - Sputnik. Oktyabrın 11-i Tatarıstanda təyyarə qəzası ilə əlaqədar olaraq matəm günü elan olunub. RİA Novosti xəbər verir ki, bu barədə respublika prezidentinin mətbuat xidmətinin rəhbəri Liliya Qalimova məlumat verib.
Xatırladaq ki, Rusiya Federasiyasının Tatarıstan Respublikasında L-410 təyyarəsi qəzaya uğrayıb.
Hadisə nəticəsində ilkin məlumatlara hgörə 16 nəfər həlak olub, 6 nəfər xəsarət alıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Tatarıstan Respublikasında baş verən təyyarə qəzası ilə bağlı Rusiya xalqına başsağlığı verib.
Qeyd edək ki, L-410 regional xətlərdə uçuş üçün nəzərdə tutulmuş iki mühərrikli təyyarədir. Təyyarə 1960-cı illərdə Çexoslovakiyanın Let zavodu tərəfindən layihələndirilib. Hava gəmisinin kommersiya məqsədləri ilə istifadəsi 1973-cü ildən başlanıb.
Xəbər lenti
0