"Rossotrudniçestvo" rəhbərinin müavini işdən çıxarıldı
14:31 10.10.2021 (Yenilənib: 14:43 10.10.2021)
© Sputnik / Aleksey Nikolskiy
/ Abunə olmaq
Yuri Metelev 1961-ci ildə Moskvada anadan olub. Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunu bitirib.
BAKI, 10 oktyabr - Sputnik. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Dövlət Agentliyi (Rossotrudniçesnvo) rəhbərinin müavini Yuri Metelevi tutduğu vəzifədən azad edib. RİA Novosti xəbər verir ki, bu barədə müvafiq fərman hüquqi informasiya portalında yerləşdirilib.
Yuri Metelev 1961-ci ildə Moskvada anadan olub. Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunu bitirib.
1988-ci ildən Sovet Dostluq Cəmiyyətləri İttifaqı, Rusiya Bynəlxalq Əməkdaşlıq Assosiasiyası, Rossotrudniçestvo sistemində çalışıb.