Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı rəsmi Aİ-dən şikayətlənir: Peyvəndlə bağlı sual yoxdur, ancaq haqsız rəqabət var

© Sputnik / Vitaliy Belousov / Mediabanka keçidSputnik Layt vaksini
Sputnik Layt vaksini - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Abunə olmaq
RBİF 2021-ci ilin yanvar ayında Avropa Dərman Vasitələri Agentliyinə "Sputnik V"-nin qeydiyyatı üçün müraciət edib.
BAKI, 9 oktyabr — Sputnik. Koronavirusa qarşı Rusiyanın peyvəndləri və onların effektivliyi ilə bağlı mütəxəssislərin və vətəndaşların heç bir sualı yoxdur, ancaq Avropa İttifaqında (Aİ) haqsız rəqabət var. Bu barədə Federasiya Şurasının spiker müavini Konstantin Kosaçov bildirib.
"Rusiya ilə Aİ arasında peyvəndlərin qarşılıqlı tanınması son dərəcə əhəmiyyətli bir mövzudur. Təəssüf ki, burada vəziyyət əvvəlki kimi davam edir. Aİ-nin Rusiyadakı səfiri Markus Ederer bildirib ki, guya prosesi siyasiləşdirən Rusiya tərəfidir, ancaq özü lazımi sənəd paketini təqdim etməyib. Lakin faktlar əksini göstərir", - deyə siyasətçi FB-də qeyd edib.
O bildirib ki, Rusiya Birbaşa İnvestisiya Fondu (RBİF) 2021-ci ilin yanvarında Avropa Dərman Vasitələri Agentliyinə "Sputnik V"-nin qeydiyyatdan keçməsi üçün müraciət edib. İyul ayında Aİ sertifikatların ekvivalentliyinin tanınması üçün Rusiya tərəfinə lazım olan tələbləri göndərib və Səhiyyə Nazirliyi artıq Avropa tərəfinin istədiyi sənədlərin tam paketini Aİ nümayəndəliyi vasitəsilə köçürüb.
Yeniyetmə qıza Pfizer vaksini vurulur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.10.2021
SƏHİYYƏ
TƏBİB uşaqlara "Pfizer" vaksini vurulmasının səbəbini açıqlayıb
"Ancaq bu konkret vəziyyətdə sadəcə əxlaqsız hesab etdiyim sırf bürokratik gecikmələrdən başqa, daha iki amil var. Birincisi, siyasi təzyiq – məsələn, Fransa Xarici İşlər Nazirliyində dövlət katibi Kleman Bo Aİ ölkələrini Rusiya peyvəndlərini tanımamağa çağırıb, İtaliyanın baş naziri Mario Dragi isə müraciətində "Sputnik V"-nin, yəqin ki, Avropa Birliyində tanınmayacağını qeyd edib. İkincisi isə açıq şəkildə haqsız rəqabətdir", - siyasətçi deyib.
Kosaçyov Almaniya Bundestaqının üzvü Valdemar Gerdtin açıqlamalarını sitat gətirib: alman siyasətçi düşünür ki, dərman şirkətləri yarışa giriblər. Onların bir prinsipi var - şəxsi heç nə yoxdur, biznes biznesdir: bunun qabağını alaq, əvəzində özümüzünkünü irəlilədək. Almaniya millət vəkili qeyd edib ki, düşünsək, bu, əhalinin maraqlarının nəzərə alınmadığı çox qorxunc bir təcrübədir.
"Eyni zamanda hər kəs başa düşür ki, Rusiya peyvəndləri, onların effektliyi ilə bağlı nə mütəxəssislərin, nə də əhalinin heç bir sualı yoxdur", - deyə Federasiya Şurasının spiker müavini qeyd edib.
Onun sözlərinə görə, hələ yazda Avropadan Rusiyaya kütləvi "peyvənd turları" təşkil olunub, bir milyondan çox Macarıstan sakini rəsmi olaraq "Sputnik V" peyvəndi ilə vaksin olunub, bu ayın əvvəlində isə Avropa Komissiyası San-Marino peyvənd sertifikatlarını tanıyıb, bu ölkənin sakinlərinin əksəriyyətinə "Sputnik V" peyvəndi vurulub.
Koronavirusa qarşı Moderna vaksini, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.10.2021
DÜNYA XƏBƏRLƏRİ
Finlandiyada cavan kişilərə bu peyvənd vurulmayacaq
"Ancaq bu, "Sputnik V"-nin Aİ-də tanınması demək deyil, Avropa rəsmiləri vurğulayıblar", - deyə Kosaçov qeyd edib.
O bildirib ki, "hər zaman olduğu kimi, bu siyasi rəqabət oyunlarından əziyyət çəkənlər insanlardır. Aydındır ki, hər gün Qərbdə peyvəndlərimizin tanınmaması kimsə üçün böyük bir qazancdır. Ancaq həddini bilməyin vaxtı gəlib", - deyə siyasətçi hesab edib.
Xəbər lenti
0