Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva qırmızı xətti göstərdi – Qərbin bu addımlarının qəti aleyhinəyik

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidSergey Lavrov
Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 08.10.2021
Abunə olmaq
Rusiyalı nazirin sözlərinə görə, bu addım, bu növ "xidmətləri" təqdim edən ölkələri dərhal terrorçuların hədəfinə çevirəcək.
BAKI, 8 oktyabr — Sputnik. Rəsmi Moskva qəti surətdə ABŞ və Qərbin hərbi infrastrukturunun Əfqanıstandan Mərkəzi Asiya ölkələrinə köçürülməsinin əleyhinədir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyada olan Avropa Biznesi Assosiasiyasının nümayəndələri ilə görüşü zamanı bildirib.

"Biz Qərbdən olan bütün həmkarlarımıza müntəzəm olaraq xatırladırıq – biz amerikalıların söylədiyi kimi ehtiyac yarandığı təqdirdə Əfqanıstana zərbə endirmək üçün bu ölkədəki mövcud olan və ya hər hansı yeni hərbi infrastrukturun Mərkəzi Asiyaya yerləşdirilməsinin əleyhinəyik", - deyə Lavrov qeyd edib.

Rusiyalı nazirin sözlərinə görə, belə bir addım bu növ "xidmətləri" təqdim edən ölkələri dərhal terrorçuların hədəfinə çevirəcək.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
Xəbər lenti
0