Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: Rusiya Avropa İttifaqı ilə praqmatik əməkdaşlığın tərəfdarıdır

© Sputnik / Press service of the Russian Foreign Ministry / Mediabanka keçidRusiya Federasiyası (RF) xarici işlər naziri Sergey Lavrov
Rusiya Federasiyası (RF) xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 08.10.2021
Abunə olmaq
Rusiya XİN rəhbəri bəyan edib ki, sanksiyalara baxmayaraq, RF və Avropa İttifaqi bir-biri üçün əhəmiyyətli iqtisadi tərəfdaş olaraq qalır.
BAKI, 8 oktyabr — Sputnik. Rusiya Avropa İttifaqı (Aİ) ilə praqmatik əməkdaşlığın tərəfdarıdır və bütün istiqamətlərdə müntəzəm təmasların bərpasında maraqlıdır. Bu fikri Rusiya Federasiyası (RF) xarici işlər naziri Sergey Lavrov Rusiyadakı Avropa Biznes Assosiasiyasının üzvləri ilə görüşdə dilə gətirib.
Ortaq məxrəc axtarışında

"İdeal halda biz əlbəttə ki, maraqlarımızın üst-üstə düşdüyü sahələrdə ortaq məxrəc tapmağa çalışırıq. İşgüzar əməkdaşlıq, biznes layihələri, müştərək investisiyalar və ticarət – belə imkanların mövcud olduğu sahələrdir", – deyə Lavrov bildirib.

Nazirin sözlərinə görə, sanksiyalara baxmayaraq, RF və Aİ bir-biri üçün əhəmiyyətli iqtisadi tərəfdaş olaraq qalır. Pandemiya ucbatından aşağı düşən ticarət dövriyyəsi bu ilin ilk yeddi ayı ərzində 150 milyardı keçib və keçən ilin analoji dövrü ilə müqayisədə demək olar ki, 40% artıb.

"Biz real tələbatlar nəzərə alınmaqla, praqmatik əməkdaşlığın tərəfdarıyıq. Bu isə Rusiyanın sosial-iqtisadi inkişafından və biznes sahəsi bu zalda təmsil olunan Avropa ölkələrinin gələcək inkişaf məsələlərindən irəli gəlir", – deyə Lavrov vurğulayıb.

Onu da əlavə edib ki, Moskva müntəzəm və sistemli təmasların bərpasında maraqlıdır. Bura səhiyyə sahəsindəki əməkdaşlıq da daxildir.
"Sputnik V" və siyasətçilər
Lavrov onu da diqqətə çatdırıb ki, Rusiya istehsalı olan "Sputnik V" peyvəndinin Avropa Dərman Vasitələri Agentliyi (EMA) tərəfindən qeydiyyatdan keçirilməsi sahəsində iş xeyli irəliləyib.

"Biz hazırda Avropanın Dərman Vasitələri Agentliyi ilə "Sputnik V"-nin qeydiyyatdan keçirilməsi məsələsində əməkdaşlıq edirik və bu işdə xeyli irəliləyiş var. İndi biz necə deyərlər, daimi ekspertiza mərhələsindəyik", – deyə nazir bildirib.

Lavrov onu da əlavə edib ki, siyasət bu məsələdə professional dialoqun əldə edilməsinə mane olmamalı, əksinə, öz töhfəsini verməlidir.
Rusiya XİN rəhbəri belə hesab edir ki, peyvəndlərin qarşılıqlı tanınması, qeydiyyatı ilə bağlı bütün məsələlər səhiyyə, sanitariya, epidemiologiya sahəsində çalışanların peşəkar dialoqu əsasında öz həllini tapmalıdır.
Etibarın sarsılması barədə
Rusiyalı nazir qeyd edib ki, Moskva Aİ-ni ikitərəfli münasibətləri daha da kəskinləşdirməməyə, bu məsələyə yeni mənfi və qıcıqlandırıcı amillər cəlb etməməyə çağırır.

"Biz bilirik ki, hazırkı vəziyyət o qədər də ürəkaçan deyil və qısa müddətdə onu aradan qaldırmaq çətindir. Brüsselin bir sıra birtərəfli tədbirləri nəticəsində aradakı etibar çox sarsılıb. Vəziyyət onsuz da kifayət qədər ciddidir. Biz bu durumda ən azından münasibətləri daha da kəskinləşdirməməyi, məsələyə yeni mənfi və qıcıqlandırıcı amillər cəlb etməməyi vacib hesab edirik. Çünki bu faktorlar son illərin mənfi inersiyasını bir az da artıracaq", – deyə o vurğulayıb.

Qaz kəmərləri və ikitərəfli asılılıq
Rusiya XİN rəhbəri onu da qeyd edib ki, "Şimal axını 2" və "Tük axını" qaz kəmərləri Avropanın enerji təhlükəsizliyinə xidmət edən layihələrdir. Onun sözlərinə görə, siyasi səviyyədən söhbət gedirsə, Avropa Komissiyası ayrı-ayrı Aİ ölkələri ilə enerji əməkdaşlığını nə təşviq edir, nə də dəstəkləyir.

"Və hazırkı vəziyyətdə karbohidrogenlərin, xüsusən də Aİ-də təbii qazın, elektrik enerjisinin qiymətinin kəskin artdığı bir vaxtda bizim bu sahədə daha sıx və daha sistemli əməkdaşlıq etməli olduğumuz barədə fikir bir daha öz təsdiqini tapdı", – deyə Lavrov vurğulayıb.

Avropanın Rusiyadan təbii qaz tədarükündən asılı olduğunu etiraf edən nazir bildirib ki, Rusiya da həmin yanacağı alan ölkələrdən kifayət qədər asılı vəziyyətdədir.
Lavrov Vaşinqtonun Brüsselə çox güclü şəkildə təzyiq göstərdiyini də bildirib.

"Xüsusən də, birbaşa Rusiya qaz kəmərlərindən imtina etməyə çağıran, əvəzində isə Amerika sıxlaşdırılmış təbii qazını qəbul edə bilmək üçün terminallar tikilməsini təklif edən Tramp administrasiyasının vaxtında bu təzyiq daha güclü olub", – deyə nazir bildirib.

Xəbər lenti
0