https://sputnik.az/20211007/putinin-sozlerinden-sonra-dunyada-qazin-qiymeti-dusdu-rf-prezidenti-ne-demisdi-433986975.html
Putinin sözlərindən sonra dünyada qazın qiyməti düşdü. RF prezidenti nə demişdi?
Putinin sözlərindən sonra dünyada qazın qiyməti düşdü. RF prezidenti nə demişdi?
Sputnik Azərbaycan
Rusiya Prezidenti hesab edir ki, birjada qaz təkliflərinin həcmini artırmaq olar, amma Avropada spotda yox, Sankt-Peterburqda. 07.10.2021, Sputnik Azərbaycan
2021-10-07T17:30+0400
2021-10-07T17:30+0400
2021-10-07T17:30+0400
rusiya
qaz
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/42237/66/422376691_0:0:2870:1614_1920x0_80_0_0_edb379432ec46110b71f638ffd87c5ba.jpg
BAKI, 7 oktyabr — Sputnik. Dünya bazarında RF prezidenti Vladimir Putinin Rusiyanın enerji daşıyıcılarını artan qiymətlərini sabitləşdirməyə hazır olduğunu bəyan etməsindən sonra kəskin şəkildə düşüb.ICE Futures-də hərracların nəticələrinə görə, Avropada qaz fyuçerslərinin qiymətləri çərçənbə günü çatdığı tarixi maksimumdan - min kubmetrə görə 1937 dollardan gün ərzində 600 dollardan çox düşüb."Gəlin bazarda təklifin mümkün artırılması barədə düşünək, lakin bunu səliqəli şəkildə etmək lazımdır. "Qazprom"la hesablayın, danışın. Mən sizinlə razıyam. Belə spekulyativ ajiotaj bizə lazım deyil. Çünki bizə məlumdur ki, belə ajiotajların ardınca digər xoşagəlməyən hadisələr baş verir", - deyə Putin energetikanın inkişafına həsr olunmuş müşavirədə baş nazirin müavini Aleksandr Novaka müraciət edib.Bu, saat, tuman və qalstuk deyilPutin birjada qaz hərracı məsələsinə də toxunub."Ümumilikdə birjada qaz satışı... çox da effektiv deyil, çünki orada çoxlu risklər var, çünki bu, saat, tuman və qalstuk deyil, maşın və hətta neft deyil. Nefti hasil edərək istənilən yerdə saxlamaq olar, o cümlədən, bazarda müəyyən situasiyanı gözləyərək tankerlərdə. Qaz isə elə satılmır, onu elə saxlamaq olmaz", - o bildirib.Prezident qeyd edib ki, hətta STQ-ni istehsal etmək, sıxmaq, tankerlərə yükləmək, daşımaq və açmaq lazımdır."Bu, mürəkkəb prosesdir, çox bahalıdır. Və bu belə işləmir. Sadəcə işləmir", - Putin deyib.Prezident hesab edir ki, birjada qaz təkliflərinin həcmini artırmaq olar, amma Avropada spotda yox, Sankt-Peterburqda."Siz Avropada spekulyativ tələbatı və ajiotajı azaltmaq üçün bazarda, birjada təklifi artırmağı təklif etdiniz. Bunu etmək olar. Lakin əlbəttə, bunu Avropada spotda yox, Sankt-Peterburqda birjada etmək lazımdır", - Putin Novaka bildirib.Rusiya lideri əgər Avropadakı ajiotajlı tələbi aşağa salarsa, birjada qaz satışına keçidi müzakirə etməyi mümkün sayır."Birjada satış… Bunu bir daha müzakirə etmək lazımdır, gəlin bunu edək. Əgər bu, ajiotaj tələbi salsa, etmək olar. Lakin təbii ki, özümüzə ziyan olmayaraq", - Putin əlavə edib.O qeyd edib ki, qazın birjada satışını onun, məsələn, neft kimi saxlana bilməməsi çətinləşdirir.Avropada qazın qiyməti ilə bağlı nə baş verirSon aylarda Avropada qazın qiyməti kəskin artıb. Hələ avqustun əvvəlində Hollandiya TTF-nin indeksinə əsasən, yaxın fyuçersin proqnoz qiyməti min kubmetrə görə 515 dollar idi, sentyabrın sonunda isə bu göstərici iki dəfədən çox artdı.Ekspertlər qeyd edirlər ki, Avropada qaz fyuçerslərinin artması bir neçə amillə bağlıdır: Avropa yeraltı qaz anbarlarının aşağı doldurulma səviyyəsi ilə, əsas tədarükçülər tərəfindən təkliflərin məhdudluğu və Asiyada STQ-yə olan yüksək tələbat ilə.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42237/66/422376691_92:0:2823:2048_1920x0_80_0_0_e3454654b728ea85579277a7758a2815.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaz, rusiya prezidenti vladimir putin
qaz, rusiya prezidenti vladimir putin
Putinin sözlərindən sonra dünyada qazın qiyməti düşdü. RF prezidenti nə demişdi?
Rusiya Prezidenti hesab edir ki, birjada qaz təkliflərinin həcmini artırmaq olar, amma Avropada spotda yox, Sankt-Peterburqda.
BAKI, 7 oktyabr — Sputnik. Dünya bazarında RF prezidenti Vladimir Putinin Rusiyanın enerji daşıyıcılarını artan qiymətlərini sabitləşdirməyə hazır olduğunu bəyan etməsindən sonra kəskin şəkildə düşüb.
ICE Futures-də hərracların nəticələrinə görə, Avropada qaz fyuçerslərinin qiymətləri çərçənbə günü çatdığı tarixi maksimumdan - min kubmetrə görə 1937 dollardan gün ərzində 600 dollardan çox düşüb.
"Gəlin bazarda təklifin mümkün artırılması barədə düşünək, lakin bunu səliqəli şəkildə etmək lazımdır. "Qazprom"la hesablayın, danışın. Mən sizinlə razıyam. Belə spekulyativ ajiotaj bizə lazım deyil. Çünki bizə məlumdur ki, belə ajiotajların ardınca digər xoşagəlməyən hadisələr baş verir", - deyə Putin energetikanın inkişafına həsr olunmuş müşavirədə baş nazirin müavini Aleksandr Novaka müraciət edib.
Bu, saat, tuman və qalstuk deyil
Putin birjada qaz hərracı məsələsinə də toxunub.
"Ümumilikdə birjada qaz satışı... çox da effektiv deyil, çünki orada çoxlu risklər var, çünki bu, saat, tuman və qalstuk deyil, maşın və hətta neft deyil. Nefti hasil edərək istənilən yerdə saxlamaq olar, o cümlədən, bazarda müəyyən situasiyanı gözləyərək tankerlərdə. Qaz isə elə satılmır, onu elə saxlamaq olmaz", - o bildirib.
Prezident qeyd edib ki, hətta STQ-ni istehsal etmək, sıxmaq, tankerlərə yükləmək, daşımaq və açmaq lazımdır.
"Bu, mürəkkəb prosesdir, çox bahalıdır. Və bu belə işləmir. Sadəcə işləmir", - Putin deyib.
Prezident hesab edir ki, birjada qaz təkliflərinin həcmini artırmaq olar, amma Avropada spotda yox, Sankt-Peterburqda.
"Siz Avropada spekulyativ tələbatı və ajiotajı azaltmaq üçün bazarda, birjada təklifi artırmağı təklif etdiniz. Bunu etmək olar. Lakin əlbəttə, bunu Avropada spotda yox, Sankt-Peterburqda birjada etmək lazımdır", - Putin Novaka bildirib.
Rusiya lideri əgər Avropadakı ajiotajlı tələbi aşağa salarsa, birjada qaz satışına keçidi müzakirə etməyi mümkün sayır.
"Birjada satış… Bunu bir daha müzakirə etmək lazımdır, gəlin bunu edək. Əgər bu, ajiotaj tələbi salsa, etmək olar. Lakin təbii ki, özümüzə ziyan olmayaraq", - Putin əlavə edib.
O qeyd edib ki, qazın birjada satışını onun, məsələn, neft kimi saxlana bilməməsi çətinləşdirir.
Avropada qazın qiyməti ilə bağlı nə baş verir
Son aylarda Avropada qazın qiyməti kəskin artıb. Hələ avqustun əvvəlində Hollandiya TTF-nin indeksinə əsasən, yaxın fyuçersin proqnoz qiyməti min kubmetrə görə 515 dollar idi, sentyabrın sonunda isə bu göstərici iki dəfədən çox artdı.
Ekspertlər qeyd edirlər ki, Avropada qaz fyuçerslərinin artması bir neçə amillə bağlıdır: Avropa yeraltı qaz anbarlarının aşağı doldurulma səviyyəsi ilə, əsas tədarükçülər tərəfindən təkliflərin məhdudluğu və Asiyada STQ-yə olan yüksək tələbat ilə.