QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mülki şəhidin həyat yoldaşı: “Həyətə düşən mərminin qəlpəsi Raziyənin ürəyinə girmişdi”

© Sputnik / Rahim MammadovYaşar Abbasov Raziyə Abbasovanın həyat yoldaşı
Yaşar Abbasov Raziyə Abbasovanın həyat yoldaşı - Sputnik Azərbaycan, 1920, 07.10.2021
Abunə olmaq
Ötən ilin bu günü ermənilərin raketlə vurduqları Qızılhacılı qəsəbəsində bir qadın şəhid olub, onlarla insan yaralanıb, mülki obyektlərə ziyan dəyib.
BAKI, 7 oktyabr — Sputnik.2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu günlər keçdikcə döyüş meydanında düşməni darmadağın edirdi. Məğlub olub geri qaçan erməni silahlıları mülki insanları öldürməyə, onlara məxsus obyektləri dağıtmağa can atırdılar. Bunun üçün döyüş meydanından xeyli kənarda yerləşən yaşayış məntəqələri hədəf seçilirdi. Bunlardan biri də Goranboyun ən böyük qəsəbələrindən olan Qızılhacılı idi.
© Sputnik / Rahim MammadovYaşar Abbasov Raziyə Abbasovanın həyat yoldaşı
Yaşar Abbasov Raziyə Abbasovanın həyat yoldaşı - Sputnik Azərbaycan, 1920, 07.10.2021
Yaşar Abbasov Raziyə Abbasovanın həyat yoldaşı
Sputnik Azərbaycan xəbər verir ki, Ermənistan silahlılarının oktyabrın 7-də Qızılhacılını ağır artilleriya və raket atəşinə tutması nəticəsində 66 yaşlı Raziyə Abbasova şəhid olub, bir neçə sakin müxtəlif dərəcəli xəsarətlər almışdı. Şəhid qadınının həyat yoldaşı Yaşar Abbasov həmin anları ürək ağrısı ilə xatıralyır:
© Sputnik / Rahim MammadovQəlpə pəncərənin şüşələrini sındırıb düz ürəyinə girmişdi
Goranboyun Qızılhacılı qəsəbəsi - Sputnik Azərbaycan, 1920, 07.10.2021
Qəlpə pəncərənin şüşələrini sındırıb düz ürəyinə girmişdi
“Mən Goranboya getmişdim, orada xəbər tutdum ki, ermənilər kəndimizə raket atıblar. Tez özümü çatdırdım evə, gördüm, küçəmizi tüstü-duman bürüyüb. Qonşunun evi yanırdı, bir neçə yaralı vardı. Yaxınlaşıb kömək etməyə çalışanda qonşular dedilər, sizin evə də ziyan dəyib. Öz evimə yaxınlaşanda gördüm, oğlum anasını evdən çıxarır ki, xəstəxanaya aparsın. Qəlpə pəncərənin şüşələrini sındırıb düz ürəyinə girmişdi Raziyənin. Elə qapıda, oğlumun qucağında şəhid oldu. Xəstəxanaya çatdıra bilmədik.
© Sputnik / Rahim MammadovO oğlunun qucağında şəhid olub
Goranboyun Qızılhacılı qəsəbəsi - Sputnik Azərbaycan, 1920, 07.10.2021
O oğlunun qucağında şəhid olub
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ermənilər dinc sakinləri yaralasalar da, öldürsələr də, biz ordumuzun onların layiqli cavabını verdiyini bilirdik. Döyüş meydanında uduzduqları üçün ermənilər uzaq kəndləri, qəsəbələri vurub insanları qorxutmağa çalışırdılar. Amma bu istəklərinə nail ola bilmədilər. Şükür ki, qələbə qazandıq. Ölkə rəhbərinə, ordumuza minnətdarıq, şəhidlərimizin qanını yerdə qoymadılar”.
© Sputnik / Rahim MammadovErmənistan silahlılarının oktyabrın 7-də Qızılhacılını ağır artilleriya və raket atəşinə tutması nəticəsində 66 yaşlı Raziyə Abbasova şəhid olub
Goranboyun Qızılhacılı qəsəbəsi - Sputnik Azərbaycan, 1920, 07.10.2021
Ermənistan silahlılarının oktyabrın 7-də Qızılhacılını ağır artilleriya və raket atəşinə tutması nəticəsində 66 yaşlı Raziyə Abbasova şəhid olub
Qızılhacılı qəsəbəsinin müxtəlif hissələrinə düşən mərmilər burada yaşayan insanlarla yanaşı, mülki obyektlərə də ziyan vurmuşdu. Qeyd edək ki, müharibədən sonra qəsəbə sakinlərinin dağılmış evləri bərpa edilib, ermənilərin vurduğu ziyan Azərbaycan hökuməti tərəfindən ödənilib.
Xəbər lenti
0