https://sputnik.az/20211007/bakida-siq-festivali-kecirilecek-433993051.html
Bakıda İşıq festivalı keçiriləcək
Bakıda İşıq festivalı keçiriləcək
Sputnik Azərbaycan
BAKI, 7 oktyabr — Sputnik. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olması ilə əlaqədar Azərbaycan... 07.10.2021, Sputnik Azərbaycan
2021-10-07T19:28+0400
2021-10-07T19:28+0400
2021-10-07T19:28+0400
bakı
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/01/07/425899475_0:160:3073:1889_1920x0_80_0_0_30e3aeb33e48bb0b6835973d65ffc016.jpg
BAKI, 7 oktyabr — Sputnik. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli 2408 nömrəli Sərəncamına əsasən cari il "Nizami Gəncəvi İli" elan edilib.Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, cəmiyyətdə Nizami Gəncəvinin zəngin poetik, fəlsəfi-ictimai irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması üçün daha böyük ictimai marağın cəlb edilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən cari ilin oktyabr ayında "İşıq festivalı. Nizami Gəncəvi" adlı audiovizual layihənin təşkili nəzərdə tutulur.Dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərən ölməz əsərlərinin yer aldığı "Xəmsə"sindən müxtəlif süjetlərin xüsusi formatda canlandırılması ilə Bakı şəhərində möhtəşəm bir mənzərəyə şahidlik edəcəyik.Festivalın əsas məqsədi xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində, o cümlədən Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan "Xəmsə" motivli miniatürlər vasitəsilə öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malik, ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.3D audiovizual proyeksiya formatında baş tutacaq festival 4 gün boyunca – 14, 15, 16, 17 oktyabr tarixlərində davam edəcəkdir. Festival müddətində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında və Qız Qalasının üzərində "Xəmsə"nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılacaqdır.Festival Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/07/425899475_171:0:2902:2048_1920x0_80_0_0_9341dacc0731b14c05e816b6fbdcd6cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı
BAKI, 7 oktyabr — Sputnik. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli 2408 nömrəli Sərəncamına əsasən cari il "Nizami Gəncəvi İli" elan edilib.
Mədəniyyət Nazirliyindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, cəmiyyətdə Nizami Gəncəvinin zəngin poetik, fəlsəfi-ictimai irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması üçün daha böyük ictimai marağın cəlb edilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən cari ilin oktyabr ayında "İşıq festivalı. Nizami Gəncəvi" adlı audiovizual layihənin təşkili nəzərdə tutulur.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərən ölməz əsərlərinin yer aldığı "Xəmsə"sindən müxtəlif süjetlərin xüsusi formatda canlandırılması ilə Bakı şəhərində möhtəşəm bir mənzərəyə şahidlik edəcəyik.
Festivalın əsas məqsədi xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində, o cümlədən Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan "Xəmsə" motivli miniatürlər vasitəsilə öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malik, ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
3D audiovizual proyeksiya formatında baş tutacaq festival 4 gün boyunca – 14, 15, 16, 17 oktyabr tarixlərində davam edəcəkdir. Festival müddətində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında və Qız Qalasının üzərində "Xəmsə"nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılacaqdır.
Festival Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.