https://sputnik.az/20211006/ararat-mirzoyan-ceyhun-bayramovla-goruse-dair-raziliq-elde-edildiyini-bildirib-433942233.html
Ararat Mirzoyan Ceyhun Bayramovla görüşə dair razılıq əldə edildiyini bildirib
Ararat Mirzoyan Ceyhun Bayramovla görüşə dair razılıq əldə edildiyini bildirib
Sputnik Azərbaycan
BAKI, 6 oktyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yeni görüşə dair razılıq əldə edilib. 06.10.2021, Sputnik Azərbaycan
2021-10-06T21:53+0400
2021-10-06T21:53+0400
2021-10-06T21:55+0400
plan
qarabağ
ceyhun bayramov
ararat mirzoyan
xarici işlər naziri ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e5/08/13/427729614_0:159:3077:1890_1920x0_80_0_0_c3cce6dfa6f56060571804a2ca3fcfa6.jpg
BAKI, 6 oktyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yeni görüşə dair razılıq əldə edilib.Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.Onun sözlərinə görə, görüşdə ilk növbədə humanitar məsələlər müzakirə ediləcək. Bundan başqa Qarabağla bağlı məsələlər də diqqət mərkəzində olacaq.Xatırladaq ki, sentyabrın 25-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub. Görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı məlum mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/13/427729614_173:0:2904:2048_1920x0_80_0_0_3624f0c134ce70234299f6d496ee18c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
plan, ceyhun bayramov, ararat mirzoyan, xarici işlər naziri ceyhun bayramov
plan, ceyhun bayramov, ararat mirzoyan, xarici işlər naziri ceyhun bayramov
Ararat Mirzoyan Ceyhun Bayramovla görüşə dair razılıq əldə edildiyini bildirib
21:53 06.10.2021 (Yenilənib: 21:55 06.10.2021) BAKI, 6 oktyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yeni görüşə dair razılıq əldə edilib.
Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, görüşdə ilk növbədə humanitar məsələlər müzakirə ediləcək.
Bundan başqa Qarabağla bağlı məsələlər də diqqət mərkəzində olacaq.
Xatırladaq ki, sentyabrın 25-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.
Görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı məlum mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.