Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Jirinovski ilə Dövlət Dumasına seçkilərin nəticələrini müzakirə edib

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin və LDPR lideri Vladimir Jirinovski
Rusiya prezidenti Vladimir Putin və LDPR lideri Vladimir Jirinovski - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Abunə olmaq
Rusiya Dövlət Dumasına seçkilər 17-19 sentyabr tarixlərində keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, yeni parlamentdə "Yedinaya Rossiya" 324, RLDP isə 21 mandata sahib olub.
BAKI, 5 oktyabr - Sputnik. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski ilə işgüzar görüş keçirib. Bu barədə RİA Novosti prezidentin mətbuat katibi Dmitri Peskova istinadən xəbər verir.

"Görüşdə sentyabr ayında Rusiya parlamentinə keçirilmiş seçkilərin nəticələri, habelə RLDP fraksiyasının gələcək dövr üçün iş planı müzakirə olunub", - deyə Peskov bildirib.

Xatırladaq ki, Rusiya Dövlət Dumasına seçkilər 17-19 sentyabr tarixlərində keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, yeni parlamentdə "Yedinaya Rossiya" - 324, Rusiya Federasiyası Kommunist Partiyası - 57, "Spravedlivaya Rossiya - Za pravdu" - 27, RLDP - 21, "Novıye lyudi" - 13 mandata sahib olub.
Xəbər lenti
0