Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada “Şuşanın dağları başı dumanlı” adlı muğam gecəsi keçirildi, türk səfir də gəldi

© Photo : AZƏRTACMoskvada “Şuşanın dağları başı dumanlı” adlı muğam gecəsinin iştirakçıları
Moskvada “Şuşanın dağları başı dumanlı” adlı muğam gecəsinin iştirakçıları - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Abunə olmaq
Muğam gecəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
BAKI, 5 oktyabr — Sputnik. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Şuşanın dağları başı dumanlı” adlı muğam gecəsi təşkil olunub.
Sputnik Azərbaycan xəbər verir ki, tədbir Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Muğam gecəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova Azərbaycan muğamlarının UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edildiyini xatırladıb.
Azərbaycanın Əməkdar artistləri Qoçaq Əsgərov (xanəndə), Babək Niftəliyev (xanəndə), Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimov (nağara), xanəndələr Səbinə Ərəbli, Almaxanım Əhmədli, Rafael Əsgərovun (balaban) ifasında “Qarabağ şikəstəsi”, “Xudayar təsnifi” və digər muğam nümunələri səsləndirilib.
Səfir Polad Bülbüloğlu Moskva Dövlət Konservatoriyasının səhnəsində çıxış edən azərbaycanlı musiqiçilərə təşəkkürünü bildirib.
“Mən bu gün çox xoşbəxtəm ki, Moskva Dövlət Konservatoriyasında “Qarabağ şikəstəsi” səslənir”, - deyə səfir vurğulayıb.
Xəbər lenti
0