Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada "Hizb-ut-Təhrir" təşkilatının bir qrup üzvü ələ keçirilib

© Sputnik / Pavel Lisitsyin / Mediabanka keçidRusiya FTX-nın əməkdaşı, arxiv şəkli
Rusiya FTX-nın əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Abunə olmaq
BAKI, 4 oktyabr — Sputnik. Moskvada Rusiyada qadağan edilmiş "Hizb-ut-Təhrir əl-İslami"* terrorçu təşkilatının dəstəsi məhv edilib. RİA Novosti-nin məlumatına görə, bu barədə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətindən (FTX) bazar ertəsi xəbər verilib.
"Moskva və Moskva vilayətində "Hizb-ut-Təhrir əl-İslami"* beynəlxalq terror təşkilatının bir qrupunun fəaliyyətinin qarşısı alınıb, iki qrup lideri və altı fəal iştirakçısı saxlanılıb", - deyə məlumatda qeyd edilib.
FTX-nin məlumatına görə, islamçılar "ümumdünya xilafəti"ni yaratmaq, dünyəvi cəmiyyət institutlarını məhv etmək və hökuməti zorla devirmək doktrinasına əsaslananaraq "konstitusiyaya qarşı fəaliyyəti" həyata keçiriblər.
Gizli yığıncaqlar zaman onlar Moskva bölgəsinin sakinləri arasında terror ideologiyasını yayıblar. Saxlanılanlardan qadağan olunmuş təbliğat materialları ələ keçirilib.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir. Xüsusi əməliyyatın nə vaxt keçirildiyi dəqiqləşdirilməyib.
"İslami Qurtuluş Partiyası" ("Hizb-ut-Təhrir əl-İslami"*) dünyanın bir sıra ölkələrində terrorçu kimi tanınıb, Rusiyada onun fəaliyyəti Ali Məhkəmənin 2003-cü il tarixli qərarı ilə qadağan edilib.
Təşkilatın məqsədi "ümumdünya İslam xilafəti"ni yaratmaqla, müsəlman olmayan hökumətləri aradan qaldırmaq və dünya miqyasında İslam hakimiyyətini qurmaqdır. "Hizb-ut-Təhrir əl-İslami"nin* üzvləri Rusiyanın müxtəlif bölgələrində, əsasən Mərkəzi Rusiyanın böyük şəhərlərində, Volqaboyu və Sibirdə, eləcə də Krımda mütəmadi olaraq saxlanılır.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması
Xəbər lenti
0