https://sputnik.az/20211004/lham-eliyev-hem-turkiye-hem-rusiya-ile-biz-daim-temasdayiq-433878234.html
İlham Əliyev: "Həm Türkiyə, həm Rusiya ilə biz daim təmasdayıq"
İlham Əliyev: "Həm Türkiyə, həm Rusiya ilə biz daim təmasdayıq"
Sputnik Azərbaycan
İlham Əliyev qeyd edib ki, bizim üçün Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan formatı kifayətdir: Kim istəyir qoşulsun, kim istəmir, özü bilər. 04.10.2021, Sputnik Azərbaycan
2021-10-04T19:00+0400
2021-10-04T19:00+0400
2021-10-04T19:00+0400
prezident ilham əliyev
qarabağ
türkiyə
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/04/14/426750367_0:0:1001:563_1920x0_80_0_0_c290be0478f965e5930b13d747a79d0c.jpg
BAKI, 4 oktyabr — Sputnik. Bölgədə bu gün sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Yəni, bizə bu format kifayətdir. Ermənistan da bu formata qoşulacaq, çünki başqa yolu yoxdur. İndi reallıq bundan ibarətdir. Son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri biz də dəstəkləyirik.Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.Dövlətimizin başçısı deyib: "Hazırda regionda real praktik əməkdaşlıq çərçivələri müəyyən olunur. Türkiyə-Rusiya əməkdaşlığı regionumuzun sabitliyinin təminatçısıdır. Bu yaxınlarda Türkiyə və Rusiya prezidentlərinin görüşü zamanı Ermənistan-Azərbaycan münasibətləri müzakirə olundu və həm Türkiyə, həm Rusiya ilə biz daim təmasdayıq. Mən Prezident olaraq daim təmasdayam".Prezident qeyd edib ki, bu, müharibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır: "Yəni, bizim üçün bu format kifayətdir: Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir, özü bilər. Hər halda bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/14/426750367_0:0:961:721_1920x0_80_0_0_f8782c971c36c1fa13ef044e24829974.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, türkiyə, ermənistan
prezident ilham əliyev, türkiyə, ermənistan
İlham Əliyev: "Həm Türkiyə, həm Rusiya ilə biz daim təmasdayıq"
İlham Əliyev qeyd edib ki, bizim üçün Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan formatı kifayətdir: Kim istəyir qoşulsun, kim istəmir, özü bilər.
BAKI, 4 oktyabr — Sputnik. Bölgədə bu gün sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Yəni, bizə bu format kifayətdir. Ermənistan da bu formata qoşulacaq, çünki başqa yolu yoxdur. İndi reallıq bundan ibarətdir. Son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri biz də dəstəkləyirik.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı deyib: "Hazırda regionda real praktik əməkdaşlıq çərçivələri müəyyən olunur. Türkiyə-Rusiya əməkdaşlığı regionumuzun sabitliyinin təminatçısıdır. Bu yaxınlarda Türkiyə və Rusiya prezidentlərinin görüşü zamanı Ermənistan-Azərbaycan münasibətləri müzakirə olundu və həm Türkiyə, həm Rusiya ilə biz daim təmasdayıq. Mən Prezident olaraq daim təmasdayam".
Prezident qeyd edib ki, bu, müharibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır: "Yəni, bizim üçün bu format kifayətdir: Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir, özü bilər. Hər halda bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir".