Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya “Türk axını” ilə Avropaya təbii qaz göndərməyə başladı - Ukrayna etiraz edir

© TurkStream - Press OfficeТруба "Турецкого потока"
Труба Турецкого потока - Sputnik Azərbaycan, 1920, 02.10.2021
Abunə olmaq
Ukraynanın milli qaz şirkəti “Naftoqaz” açıqlamasında Rusiyanın Ukrayna üzərindən Macarıstana qaz axınını kəsdiyini və bununla da, mövcud müqavilələri pozduğunu bildirib.
Rusiya Türkiyədən keçən “Türk axını” qaz boru xətti ilə Macarıstan və Xorvatiyaya təbii qaz göndərməyə başlayıb.
Rusiyanın enerji şirkəti “Gazprom” şirkəti qazın Türkiyə, Bolqarıstan və Serbiyadan keçdiyini açıqlayıb.
Ukraynanın milli qaz şirkəti “Naftoqaz” açıqlamasında Rusiyanın Ukrayna üzərindən Macarıstana qaz axınını kəsdiyini və bununla da, mövcud müqavilələri pozduğunu bildirib.
Rusiya qazı əvvəllər Ukrayna üzərindən Macarıstana və Xorvatiyaya göndərilirdi. Rusiya həm “Türk axını”, həm də Baltik dənizinə çəkdiyi "Şimal axını" xətti ilə illərdir gərginlik içində olduğu Ukraynadan keçən boru kəmərlərinə möhtac olmadan Avropaya ötürməyi hədəfləyir.
“Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. “Türk axını” qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi - Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 milyard kubmetrdir.
Xəbər lenti
0