https://sputnik.az/20211002/murako-sputnik-v-nin-st-d-tannmas-n-manelrin-aradan-qaldrldn-byan-edib-433826607.html
Muraşko "Sputnik V"-nin ÜST-də tanınması üçün maneələrin aradan qaldırıldığını bəyan edib
Muraşko "Sputnik V"-nin ÜST-də tanınması üçün maneələrin aradan qaldırıldığını bəyan edib
Sputnik Azərbaycan
Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Muraşko: Sputnik V peyvəndinin ÜST-də tanınması üçün bütün maneələr aradan qaldırıldı. 02.10.2021, Sputnik Azərbaycan
2021-10-02T17:45+0400
2021-10-02T17:45+0400
2021-10-02T17:56+0400
rusiya
vaksin
ümumdünya səhiyyə təşkilatı
üst
sputnik-v peyvəndi
https://cdnn1.img.sputnik.az/img/07e5/02/09/426178127_0:157:3005:1847_1920x0_80_0_0_ea3455dfcf0fdeddcd53e32ae8d384a3.jpg
BAKI, 2 oktyabr - Sputnik. Rusiyanın səhiyyə naziri Mixail Muraşko Cenevrədə ABŞ təmsilçiləri ilə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Sputnik V peyvəndinin ÜST -də tanınması üçün bütün maneələr aradan qaldırılıb, yalnız bəzi inzibati prosedurlar qalıb."Sputnik V peyvəndinin qeydiyyatı və tanıdılması ilə bağlı Rusiyanın mövqeyi tam olaraq eşidildi. <...> İndi peyvəndi ÜST-də qeydiyyatdan keçirən şirkətin bir sıra sənədləri imzalaması və əlavə sənədlər təqdim etməsi lazımdır", - o, deyib.Nazirin sözlərinə görə, təşkilatın baş direktoru Tedros Gebreyesus "gələcək iş" üçün heç bir maneənin olmadığını təsdiqləyib. Onlar dünən görüşüblər.Muraşko onu da əlavə edib ki, ABŞ peyvənd sertifikatlarının qarşılıqlı tanınmasında maraqlıdır və bu istiqamətdə irəliləyiş gözləmək olar.Hazırda ölkədə 5 COVID-19 peyvəndi qeydə alınıb. Bunlardan birincisi, RBİF-in (Rusiya Birbaşa İnvestisiya Fondu-red.) dəstəyi ilə Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzi tərəfindən yaradılan və hazırda kütləvi peyvəndləmədə geniş istifadə olunan Sputnik V peyvəndidir və o, 70 ölkədə təsdiq edilib. Ruslar üçün həmçinin Novosibirskdəki "Vektor" mərkəzinin "EpiVacCorona" və Rusiya Elmlər Akademiyasının Çumakov Mərkəzinin "KoviVak" vaksinləri əlçatandır.Yenidən peyvəndləmə üçün Sputnik V -in yüngül versiyası olan, bir dəfə vurulmaq üçün nəzərdə tutulmuş Sputnik Light tövsiyə olunur. Bundan əlavə, Səhiyyə Nazirliyi bu yaxınlarda “EpiVacKorona –N”-i qeydiyyatdan keçirib. Onun da tərkibində “EpiVacKorona”nın tərkibindəki aktiv maddələrdən var, lakin onlar müxtəlif yollarla sintez olunur.İyul ayında tənzimləyici, Federal Tibbi-Bioloji Agentliyinə və Sankt-Peterburq Vaksin və Zərdablar Elmi-Tədqiqat İnstitutuna dərmanın klinik sınaqları üçün icazə verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/09/426178127_166:0:2837:2003_1920x0_80_0_0_55dfb2d4600f1023090a9b83dc393d36.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vaksin, ümumdünya səhiyyə təşkilatı, üst, sputnik-v peyvəndi
vaksin, ümumdünya səhiyyə təşkilatı, üst, sputnik-v peyvəndi
Muraşko "Sputnik V"-nin ÜST-də tanınması üçün maneələrin aradan qaldırıldığını bəyan edib
17:45 02.10.2021 (Yenilənib: 17:56 02.10.2021) Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Muraşko: Sputnik V peyvəndinin ÜST-də tanınması üçün bütün maneələr aradan qaldırıldı.
BAKI, 2 oktyabr - Sputnik. Rusiyanın səhiyyə naziri Mixail Muraşko Cenevrədə ABŞ təmsilçiləri ilə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Sputnik V peyvəndinin ÜST -də tanınması üçün bütün maneələr aradan qaldırılıb, yalnız bəzi inzibati prosedurlar qalıb.
"Sputnik V peyvəndinin qeydiyyatı və tanıdılması ilə bağlı Rusiyanın mövqeyi tam olaraq eşidildi. <...> İndi peyvəndi ÜST-də qeydiyyatdan keçirən şirkətin bir sıra sənədləri imzalaması və əlavə sənədlər təqdim etməsi lazımdır", - o, deyib.
Nazirin sözlərinə görə, təşkilatın baş direktoru Tedros Gebreyesus "gələcək iş" üçün heç bir maneənin olmadığını təsdiqləyib. Onlar dünən görüşüblər.
Muraşko onu da əlavə edib ki, ABŞ peyvənd sertifikatlarının qarşılıqlı tanınmasında maraqlıdır və bu istiqamətdə irəliləyiş gözləmək olar.
Hazırda ölkədə 5 COVID-19 peyvəndi qeydə alınıb. Bunlardan birincisi, RBİF-in (Rusiya Birbaşa İnvestisiya Fondu-red.) dəstəyi ilə Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzi tərəfindən yaradılan və hazırda kütləvi peyvəndləmədə geniş istifadə olunan Sputnik V peyvəndidir və o, 70 ölkədə təsdiq edilib. Ruslar üçün həmçinin Novosibirskdəki "Vektor" mərkəzinin "EpiVacCorona" və Rusiya Elmlər Akademiyasının Çumakov Mərkəzinin "KoviVak" vaksinləri əlçatandır.
Yenidən peyvəndləmə üçün Sputnik V -in yüngül versiyası olan, bir dəfə vurulmaq üçün nəzərdə tutulmuş Sputnik Light tövsiyə olunur. Bundan əlavə, Səhiyyə Nazirliyi bu yaxınlarda “EpiVacKorona –N”-i qeydiyyatdan keçirib. Onun da tərkibində “EpiVacKorona”nın tərkibindəki aktiv maddələrdən var, lakin onlar müxtəlif yollarla sintez olunur.
İyul ayında tənzimləyici, Federal Tibbi-Bioloji Agentliyinə və Sankt-Peterburq Vaksin və Zərdablar Elmi-Tədqiqat İnstitutuna dərmanın klinik sınaqları üçün icazə verib.