Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qaraçay-Çərkəz Respublikasında terror aktının qarşısı alınıb

© Photo : Federal Security Service of Russian Federation / Mediabanka keçidСотрудники ФСБ РФ, фото из архива
Сотрудники ФСБ РФ, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Abunə olmaq
Saxlanılan şəxsdən əldəqayırma partlayıcı qurğu hazırlamaq üçün müxtəlif komponentlər və alətlər götürülüb.
BAKI, 1 oktyabr — Sputnik. Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasında hüquq-mühafizə orqanlarının əməkdaşlarını partlatmaq istəyən şəxs saxlanılıb. Bu barədə RİA Novosti məlumat yayıb.

"Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Qaraçay-Çərkəz Respublikasının şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı planlaşdırılmış terror aktının qarşısını alıb", – deyə FTX-nın məlumatında bildirilir.

Məlumatda o da qeyd olunur ki, İŞİD* terror təşkilatının yaraqlılarının göstərişi ilə terror aktı hazırlayan 2001-ci il təvəllüdlü respublika sakini saxlanılıb. Ondan əldəqayırma partlayıcı qurğu hazırlamaq üçün müxtəlif komponentlər və alətlər götürülüb.
Saxlanılan şəxs istintaq zamanı günahlandırıldığı cinayəti qəbul edib.
*Rusiya və bir sıra başqa ölkələrdə qadağan olunmuş terror təşkilatı
Xəbər lenti
0