Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Sabahdan hotellərin qapısında yeni ulduz nişanları olacaq

© REUTERS / RODRIGO GARRIDOHotel foyesində insanlar, arxiv şəkli
Hotel foyesində insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Abunə olmaq
Ulduzlardan narazı qalan hotellərə apellyasiya şikayəti vermək tövsiyə olunur. Çatışmazlıqları aradan qaldırmaq üçün 3 aydan 12 ayadək vaxt verilir.
BAKI, 30 sentyabr — Sputnik. Bu gün 17 hotelə həm milli, həm də beynəlxalq sertifikatlar veriləcək. Sabahdan hotellərin qapısında yeni ulduz nişanları olacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Hotel Asssoasiyasının baş icraçı direktoru Günay Sağlam milli ulduz təsnifat sistemi əsasında hotellərə ulduz dərəcələrinin verilməsi mərasimində mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, ümumilikdə 43 hotel auditdən keçib, lakin onların bəzilərində çatışmazlıqlar var:
"İndiki zamanda bu sertifikat məcburi xarakter daşımır. Onlar onlayn olaraü müraciət edə bilərlər ki bizim auiditorlar onlara zaman ayıra bilsin".
O bildirib ki, 3 hotel 4 ulduzlu, digər hotellər isə 5 ulduzludur.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev isə bildirib ki, ilkin monitorinqlər bəzi hotellərin iddia etdikləri ulduza uyğun fəaliyyət göstərdiyini aşkarlayıb.
"Turizmin dirçəlməsini istəyiriksə, biz yeni qaydalarla çalışmalı, təhlükəsizlik qaydalarına əməl etməliyik", - deyə o, bildirib.
Millət vəkili Tahir Mirkişili isə deyib ki, Milli Məclisin payız sessiyasında turizmlə bağlı yeni qanun layihəsi müzakirə olunur. Yeni qanunda sahibkarlara müəyyən güzəşt və dəstəyin olması nəzərdə tutulur.
Günay Sağlam qeyd edib ki, əgər hər hansı hotel təsnifatdan narazıdırsa, bu zaman apellyasiya şikayəti verə bilər. Hotellərə çatışmazlıqları aradan qaldırmaq üçün 3 aydan 12 ayadək vaxt verilib.
Beləliklə, Azərbaycanda 5 ulduz alan hotellər bunlardır:
Ayan Palace
Baku Marriot Hotel Boulevard
Faimont Baku Flame Towers
Four Seosons Hotel Baku
Hilton Baku
Hyatt Regency Baku
Inter Continental Baku
Marxal Resort &Spa
Qalaaltı Hotel&Spa
Quba Palace Hotel
Sheraton Baku İntourist
JW Marriot Absheron Baku
4 ulduzlu hotellər:
Courtyard by Marriot Baku
Dreamland Golf Hotel
Park İnn by Radisson Baku Hotel
The Merchant Baku
Vogue Hotel
Xəbər lenti
0