Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya STQ hasilatını ildə 140 milyon tona çatdırmağı planlaşdırır – Putin

© Sputnik / Ekaterina Shtukina / Mediabanka keçidMayeləşdirilmiş təbii qaz zavodu, arxiv şəkli
Mayeləşdirilmiş təbii qaz zavodu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Abunə olmaq
BAKI, 30 sentyabr — Sputnik. Rusiya 2035-ci ilədək sıxılmış təbii qazın (STQ) istehsalını ildə 140 milyon tona çatdırmağa ümid edir. Bu barədə RF prezidenti Vladimir Putin onlayn formatda keçirilən Qazaxıstan və Rusiyanın Regionlararası əməkdaşlığına dair XVII forumunun plenar iclasında bəyan edib.
Rusiya lideri “qazsız aşağı karbohidrat iqtisadiyyatına keçidin praktiki olaraq mümkün olmadığına” əminliyini ifadə edib, həmçinin qaz yanacağı doldurma məntəqələri şəbəkəsinin genişləndirilməsi üçün infrastrukturun inkişafı naminə Qazaxıstanla səyləri birləşdirməyə hazır olduğunu bəyan edib.
"Rusiyada qaz-mühərrik yanacağının tətbiqinin genişləndirilməsinə, müvafiq qaz infrastrukturunun inkişafına böyük diqqət ayrılır. Biz təbii qazın, o cümlədən STQ-nin şaxələndirilməsi üzrə işləri davam etdiririk. 2035-ci ilədək onun istehsalını artırmağa ümid edirik, mən indi bu qiyməti açıqlayacağam və əminəm ki, bu səviyyəyə çatacağıq – ildə 140 milyon ton. Biz bu sahəni həmçinin qazaxıstanlı dostlarımızla birgə iş üçün meydan olaraq görürük", - Putin deyib.
"Qazprom" STQ istehsalı üzrə iki zavod tikəcək
Qeyd edək ki, Rusiya hökumətinin 2021-ci ilin martında dərc etdiyi STQ hasilatının inkişafı üzrə uzunmüddətli proqramdan belə məlum olur ki, "Qazprom" 2025-ci ilədək təbii qazın sıxılması üçün iki orta tonnajlı zavod tikə bilər. Vladivostok həndəvərində şirkət ildə 1,5 milyon ton gücündə, Qara dəniz sahilində isə 05,-1,5 milyon ton gücündə zavod tikməyi planlaşdırır.
Rosstat-ın hesabatına əsasən, Rusiyada cari ilin səkkiz ayı ərzində STQ-nin istehsal həcmi 19 milyon ton təşkil edib və ötən ilin analoji dövrü ilə müqayisədə 5,1% azalıb.
Lakin Rusiyada hesabat dövrünün nəticələrinə görə təbii qazın hasilatı ötən ilin analoji dövrü ilə müqayisədə 14,2% artaraq 436 milyard kubmetrə çatıb. Avqustda bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 2% artıb və 49,7 milyard kubmetr olub.
Qaz qiymətləri bütün rekordları yeniləyir
Bu arada sentyabrın 30-da Avropada qazın fyuçers qiymətləri ilk dəfə olaraq min kubmetrə görə 1100 dolları keçib. Bu barədə ICE Futures-də hərracların nəticələrinə əsasən demək olar.
Ən uğurlu Avropa habı olan Hollandiyanın TTF-nin indeksinə görə, noyabr fyuçersinin qiyməti cümə axşamı hərraclarında min kubmetrə görə 1050 dollardan yuxarı ilə başlayıb, saat 10.47-də isə 1101 dollara çatıb.
Bundan əvvəlki rekord min kubmetrə görə 1060 dollar olub.
Fyuçerslərin dinamikası birjada ötən ticarət günündəki qiymətlə hesablanır. Çərşənbə günü hərrac 1050 dollarda başa çatıb, ona görə də bu gün üçün proqnoz qiyməti olaraq 1055 dollar götürülürdü.
Avropada qazın qiymətləri son həftələrdə ciddi artıb. Hələ avqustun əvvəlində Hollandiya TTF-nin indeksinə görə, yaxın fyuçersin proqnoz qiyməti 515 dollar idi, sentyabrın sonunda isə bu göstərici iki dəfə yüksəldi.
Ekspertlərin bildirdiklərinə əsasən, Avropada fyuçerslərin qiymətlərinin artması bir neçə amillə bağlıdır: Avropa yeraltı qaz sığınacaqlarının aşağı səviyyədə doldurulması (YQS), əsas tədarükçülər tərəfindən təklifin məhdudlaşdırılması və Asiyada STQ-yə olan yüksək tələbatla.
Xəbər lenti
0