https://sputnik.az/20210929/rusiyada-qtl-trdib-azrbaycana-qaan-xs-hbs-edildi-433630276.html
Rusiyada qətl törədib Azərbaycana qaçan şəxs həbs edildi
Rusiyada qətl törədib Azərbaycana qaçan şəxs həbs edildi
Sputnik Azərbaycan
2021-ci il avqustun 26-da Rəşad İsayev barəsində Nərimanov Rayon Prokurorluğu tərəfindən axtarış elan edilib. 29.09.2021, Sputnik Azərbaycan
2021-09-29T12:02+0400
2021-09-29T12:02+0400
2021-09-29T12:13+0400
rusiya
cinayət
cinayət məcəlləsi
rusiya federasiyası
qətl
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198302_0:159:3079:1890_1920x0_80_0_0_f127e443b758ef4fa2080fef066d15c1.jpg
BAKI, 29 sentyabr — Sputnik. Üç il əvvəl Rusiyada qətl törədərək Azərbaycana qaçan şəxs həbs edilib.Nərimanov Rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, 2016-cı il aprelin 3-də İsayev Rəşad Sərdar oğlunun Rusiyanın Lebedyan şəhərində Rusiya vətəndaşı Bessonov Aleksandr Vitaliyeviç ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməsi və sonuncunun aldığı xəsarətlərdən ölməsi faktına görə cinayət işi başlanıb.2018-ci il avqustun 14-də Rəşad İsayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə qiyabi olaraq təqsirləndirilən şəxs qismində cəlb edilib.2019-cu il avqustun 21-də cinayət işi istintaqın davam etdirilməsindən ötrü Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməklə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.2021-ci il avqustun 26-da Rəşad İsayev barəsində Nərimanov Rayon Prokurorluğu tərəfindən axtarış elan edilib.Sentyabrın 28-də Rəşad İsayev tutulub, ona yuxarıda qeyd edilən maddə ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.Hazırda cinayət işi üzrə istintaq davam edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198302_173:0:2904:2048_1920x0_80_0_0_f4793629317cb388c3ced8c0ec0ed25a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
cinayət, cinayət məcəlləsi, rusiya federasiyası, qətl
cinayət, cinayət məcəlləsi, rusiya federasiyası, qətl
Rusiyada qətl törədib Azərbaycana qaçan şəxs həbs edildi
12:02 29.09.2021 (Yenilənib: 12:13 29.09.2021) 2021-ci il avqustun 26-da Rəşad İsayev barəsində Nərimanov Rayon Prokurorluğu tərəfindən axtarış elan edilib.
BAKI, 29 sentyabr — Sputnik. Üç il əvvəl Rusiyada qətl törədərək Azərbaycana qaçan şəxs həbs edilib.
Nərimanov Rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, 2016-cı il aprelin 3-də İsayev Rəşad Sərdar oğlunun Rusiyanın Lebedyan şəhərində Rusiya vətəndaşı Bessonov Aleksandr Vitaliyeviç ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməsi və sonuncunun aldığı xəsarətlərdən ölməsi faktına görə cinayət işi başlanıb.
2018-ci il avqustun 14-də Rəşad İsayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə qiyabi olaraq təqsirləndirilən şəxs qismində cəlb edilib.
2019-cu il avqustun 21-də cinayət işi istintaqın davam etdirilməsindən ötrü Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməklə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
2021-ci il avqustun 26-da Rəşad İsayev barəsində Nərimanov Rayon Prokurorluğu tərəfindən axtarış elan edilib.
Sentyabrın 28-də Rəşad İsayev tutulub, ona yuxarıda qeyd edilən maddə ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.