QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Putin: Türkiyənin Qarabağdakı vəziyyətə təsiri regionda sülhə töhfədir

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidRusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan
Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan, 1920, 29.09.2021
Abunə olmaq
Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla Soçidəki görüşündə deyib ki, Rusiya və Türkiyənin müvafiq qurumları hər iki ölkə üçün səmərəli olan kompromisləri tapmağı bacarıblar.
BAKI, 29 sentyabr — Sputnik. Türkiyənin Qarabağdakı vəziyyətə təsiri regionda sülhə töhfədir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Soçi şəhərindəki görüşündə bildirib.
Putin eyni zamanda qeyd edib ki, tərəflər arasında danışıqlar bəzən asan keçmir:
“Danışıqlar bəzən asan keçmir, lakin yekun nəticə pozitiv olur. Bizim qurumlarımız hər iki ölkə üçün səmərəli olan kompromislər tapmağı bacarıblar”.
Putin həmçinin vurğulayıb ki, Rusiya və Türkiyə arasında münasibətlər pozitiv şəkildə inkişaf edir:
“Münasibətlərimizin inkişaf etdiyini, pozitiv inkişaf etdiyini vurğulamaq xoşdur. Bütün istiqamətlər üzrə aidiyyəti qurumlar daim bir-biri ilə işləyir.
Sizinlə görüşə hazırlaşarkən ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 20%-dən artıq azaldığını gördüm. Bu il isə 9 ay ərzində, hətta 8,5 ay ərzində bu göstərici 55%-dən çox artıb. Yəni, biz pandemiya ilində nəinki itirdiyimizi kompensasiya etmişik, həmçinin onu 30%-dan çox artırmışıq”.
***
Soçi şəhərində Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə yola düşüb. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, Ankara hava limanında Ərdoğanı Prezidentin vitse-prezidenti Fuad Oktay, Ankaranın bələdiyyə sədri Vasip Şahin yola salıblar.
Ərdoğanla yanaşı, Rusiyaya Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi Hakan Fidan, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin mətbuat katibi İbrahim Kalın da Soçiyə gediblər.
Qeyd edək ki, bu gün Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Soçidə təkbətək görüş keçiriləcək.
Onlar ən son 2020-ci il 5 mart tarixində Moskvada görüşüblər. Koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyətə görə sonrakı danışıqlar ya telefonla, ya da videokonfrans rejimində keçirilib. Həm ikitərəfli münasibətlər, həm də regional məsələlər – Qarabağ, Suriya və Liviyadakı durum - baxımından bugünkü görüşə diqqət olduqca böyükdür.

Ən önəmli gündəm İdlib

Rəsmi Ankara və Moskva 2017-ci ildən etibarən ikitərəfli münasibətlərdə Suriyanın İdlib vilayətindəki duruma xüsusi diqqət ayırmağa başlayıb. Tərəflər İdlib vilayətində yaşanan humanitar fəlakətin qarşısının alınması, bölgədə terror təşkilatlarının məhv edilməsinə dair müzakirələr aparır. 17 sentyabr 2018-ci ildə Soçidə Türkiyə və Rusiya liderləri İdlibə dair önəmli razılaşma imzalayıblar və bununla da bölgədə sabitliyə nail olunub. Lakin son günlər bölgədə yenidən gərginlik qeydə alınmağa başlanılıb. Ümumiyyətlə, İdlib məsələsi Türkiyə-Rusiya münasibətlərində ən önəmli mövzu vəziyyətinə gəlib. Bu məsələ bu gün baş tutacaq görüşdə də müzakirə mövzusu olacaq.

Kritik mövzulardan biri Liviyadır

Liviya məsələsi də iki ölkə arasında aktiv şəkildə müzakirə olunan məsələlərdəndir. Putin və Ərdoğan 19 yanvar 2019-cu ildə Almaniya paytaxtı Berlində Liviya mövzusunu detallı şəkildə müzakirə etmişdilər. Hər iki tərəfin səyləri nəticə verdi. Liviyada üsyankar general Xəlifə Həftar BMT-nin vasitəçiliyi ilə qurulan keçid hökumətini tanımağa məcbur oldu.

Qarabağa dair müzakirələr

Türkiyə və Rusiya liderlərinin son bir ildə ən çox müzakirə etdiyi mövzulardan biri də Qarabağdır. Azərbaycanın erməni işğalından azad etdiyi ərazidə tərəflərin təşəbbüsü ilə Türkiyə-Rusiya Monitorinq Mərkəzi quruldu. Heç şübhəsiz, Qarabağda müharibənin ilk ildönümü günlərində baş tutacaq növbəti Ərdoğan-Putin görüşündə də bu regiondakı duruma dair fikir mübadiləsi aparılacaq.
Xəbər lenti
0