https://sputnik.az/20210928/sabah-yuxari-siniflerde-derslerin-bashlanmasi-ile-baqli-xeberdarliq-433613530.html
Sabaha hazır olun: Təhsil Nazirliyinə aid qərarla bağlı xəbərdarlığı BNA etdi
Sabaha hazır olun: Təhsil Nazirliyinə aid qərarla bağlı xəbərdarlığı BNA etdi
Sputnik Azərbaycan
Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara sərnişin sıxlığının minimuma endirilməsi və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə... 28.09.2021, Sputnik Azərbaycan
2021-09-28T18:58+0400
2021-09-28T18:58+0400
2021-09-28T18:58+0400
məktəb
tıxac
sıxlıq
bna
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42288/12/422881204_0:17:2000:1142_1920x0_80_0_0_a1af1a8e70feafcfca9fb94d683e5d5a.jpg
BAKI, 28 sentyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) sabah yuxarı siniflərdə dərslərin başlanması ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib. Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, sentyabrın 29-da təhsilin bütün pillələri üzrə əyani tədrisin bərpa olunması ilə əlaqədar küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir. Bunu nəzərə alaraq hərəkət iştirakçılarına anlayışlı olmaq, yol hərəkəti qaydalarına, xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etmək tövsiyə edilir.Agentlik sürücüləri təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmamağa çağırır: "Bildiririk ki, bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar. Həmçinin, müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alaraq zəruri qabaqlayıcı tədbirlər görülür. Qeyd edək ki, Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən sentyabrın 29-dan etibarən ümumtəhsil müəssisələrinin yuxarı 5-11-ci siniflərində, eləcə də orta ixtisas, ali təhsil müəssisələrində ənənəvi tədrisə start verilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42288/12/422881204_124:0:1896:1329_1920x0_80_0_0_fbe821dacc0b2a6403da5eecd45ad495.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb, tıxac, sıxlıq, bna
məktəb, tıxac, sıxlıq, bna
Sabaha hazır olun: Təhsil Nazirliyinə aid qərarla bağlı xəbərdarlığı BNA etdi
Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara sərnişin sıxlığının minimuma endirilməsi və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatması məqsədilə bir sıra tapşırıqlar verilib.
BAKI, 28 sentyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) sabah yuxarı siniflərdə dərslərin başlanması ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.
Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, sentyabrın 29-da təhsilin bütün pillələri üzrə əyani tədrisin bərpa olunması ilə əlaqədar küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir. Bunu nəzərə alaraq hərəkət iştirakçılarına anlayışlı olmaq, yol hərəkəti qaydalarına, xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etmək tövsiyə edilir.
Agentlik sürücüləri təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmamağa çağırır: "Bildiririk ki, bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar. Həmçinin, müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alaraq zəruri qabaqlayıcı tədbirlər görülür.
Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara sərnişin sıxlığının minimuma endirilməsi və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatması məqsədilə bir sıra tapşırıqlar verilib. Daşıyıcılara gündəlik xəttə çıxarılan avtobus sayının və avtobuslar arası intervalın sərnişin axınına uyğun tənzimlənməsi, eləcə də tələbat olan xətlər üzrə avtobus sayının artırılması tapşırılıb".
Qeyd edək ki, Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən sentyabrın 29-dan etibarən ümumtəhsil müəssisələrinin yuxarı 5-11-ci siniflərində, eləcə də orta ixtisas, ali təhsil müəssisələrində ənənəvi tədrisə start verilir.