https://sputnik.az/20210927/Vtn-mharibsi-btn-dnyaya-Trkiy-Azrbaycan-birliyini-bir-daha-gstrdi-428025942.html
"Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi"
"Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi"
Sputnik Azərbaycan
Azərbaycan lideri qeyd edib ki, bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır. 27.09.2021, Sputnik Azərbaycan
2021-09-27T12:35+0400
2021-09-27T12:35+0400
2021-11-17T00:05+0400
xəbərlər
anım günü
qarabağ
siyasət
cəmiyyət
vətən müharibəsi
türkiyə
xalqa müraciət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427926767_0:23:3072:1751_1920x0_80_0_0_c4118a1217cdda0aaca6b50dab39e0c8.jpg
BAKI, 27 sentyabr — Sputnik. 44 gün ərzində bizə ən böyük dəstək verən qardaş Türkiyəyə bu gün - Anım Günündə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi və əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.Sputnik Azərbaycan xəbər verir ki, bunu Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirib."Bütün digər ölkələr ki, bizə siyasi dəstək göstərdilər, biz onlara da minnətdarıq. Bilirəm ki, xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi tarixi Vətəni ilə bir döyünürdü, onlar hər gün gedən döyüşləri izləyirdilər, bizim uğurlarımıza sevinirdilər.Onu da bildirməliyəm ki, 44 gün ərzində və ondan sonra, hətta bu günə qədər mən minlərlə məktub alıram. Həm Azərbaycan vətəndaşlarından, həm dünya azərbaycanlılarından, həm də bizə dost olan müxtəlif ölkələrin vətəndaşlarından dəstək məktubları alıram, həmrəylik məktubları alıram. Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm bizim Qələbəmizlə razılaşıb, bunu qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır", - deyə İlham Əliyev bildirib.Eləcə də oxuyun:Bu gün Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 1 il ötürŞəhidlərimizin xatirəsi dini məbədlərdə yad edilirErmənistanı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq - Azərbaycan XİNİlham Əliyev: "Heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik""Onlar ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər" - Mehriban ƏliyevaAli Baş Komandan: "Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq"Prezident Vətən Müharibəsi barədə: "Bu, əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427926767_315:0:3046:2048_1920x0_80_0_0_078ddbd3eb920d6f2e4797f76251ac87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, anım günü, vətən müharibəsi, türkiyə, xalqa müraciət, azərbaycan
xəbərlər, anım günü, vətən müharibəsi, türkiyə, xalqa müraciət, azərbaycan
"Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi"
12:35 27.09.2021 (Yenilənib: 00:05 17.11.2021) Azərbaycan lideri qeyd edib ki, bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır.
BAKI, 27 sentyabr — Sputnik. 44 gün ərzində bizə ən böyük dəstək verən qardaş Türkiyəyə bu gün - Anım Günündə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər. Türkiyə rəhbərliyi və əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu, bizə əlavə güc verdi və biz bunu heç vaxt unutmayacağıq. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirib.
"Bütün digər ölkələr ki, bizə siyasi dəstək göstərdilər, biz onlara da minnətdarıq. Bilirəm ki, xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi tarixi Vətəni ilə bir döyünürdü, onlar hər gün gedən döyüşləri izləyirdilər, bizim uğurlarımıza sevinirdilər.
Onu da bildirməliyəm ki, 44 gün ərzində və ondan sonra, hətta bu günə qədər mən minlərlə məktub alıram. Həm Azərbaycan vətəndaşlarından, həm dünya azərbaycanlılarından, həm də bizə dost olan müxtəlif ölkələrin vətəndaşlarından dəstək məktubları alıram, həmrəylik məktubları alıram. Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm bizim Qələbəmizlə razılaşıb, bunu qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır", - deyə İlham Əliyev bildirib.
Bu gün Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 1 il ötür
Şəhidlərimizin xatirəsi dini məbədlərdə yad edilir
Prezident Vətən Müharibəsi barədə: "Bu, əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!"