MN Ağdamdan yeni video paylaşıb
11:43 24.09.2021 (Yenilənib: 00:05 17.11.2021)
Abunə olmaq
Müdafiə Nazirliyinin paylaşdığı yeni video Ağdamın Ətyeməzli kəndinin işğal dövrü ərzində necə dağıldığını göstərir: vaxtilə gözəl günlərin rəmzi olan ikimərtəbəli binalardan ancaq yarıuçuq divarlar qalıb.
BAKI, 24 sentyabr - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş ərazilərdən yeni videogörüntülər paylaşıb.
Bugünkü videoçarx Ağdam rayonunun Ətyeməzli kəndindəndir.
Dağətəyi ərazidə yerləşən Ətyeməzli Ağdam rayonunun Qiyaslı inzibati ərazi vahidindədir. Çox vaxt Ətyeməzli şəklində təqdim olunan bu coğrafi ad etnotoponim olub, atyeməzlər tayfasının adı ilə bağlıdır və "at əti yeməyənlər" deməkdir. Atyeməzli kəbirli tayfa qrupuna daxil olan qərvəndli elinin bir qoludur. İranın Xorasan vilayətində də Atyeməz adlanan kənd var. Güman edilir ki, atyeməzlilər vaxtilə Cənubi Azərbaycanın Atyeməz mahalından gəliblər. Nadir Şah kəbirliləri Xorasana sürgün etmiş, lakin şah öləndən sonra kəbirlilər geri - Qarabağa qayıtmışlar. Ətyeməzli tirəsinin özü isə Şərifli, Zamanlar, Vəliuşağı, Əfəndilər, Baxışlar və s. nəsillərdən ibarət idi.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.
Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.