https://sputnik.az/20210924/Azerbaycanda-yeni-sherab-marsrutlari-Siyahida-Qarabagh-da-var-428004348.html
Azərbaycanda yeni şərab marşrutları - Siyahıda Qarabağ da var
Azərbaycanda yeni şərab marşrutları - Siyahıda Qarabağ da var
Sputnik Azərbaycan
Qarabağ ərazisində Xocavənd rayonu, Tuğ kəndində şərab dequstasiyası ilə bağlı mərkəzlər yaradılacaq. Həmçinin Azərbaycanda transmilli layihə də... 24.09.2021, Sputnik Azərbaycan
2021-09-24T14:04+0400
2021-09-24T14:04+0400
2021-11-17T00:05+0400
xəbərlər
qarabağ
iqtisadiyyat
cəmiyyət
şərab
marşrut
turizm
şamaxı
dövlət turizm agentliyi
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41723/00/417230039_3:0:1000:561_1920x0_80_0_0_0bec608de78672309ab42bb9380cfe48.jpg
BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanda yeni şərab marşrutları müəyyən edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə bu gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində “Azərbaycanda şərab turizmi və şərab marşrutları” mövzusu üzrə təqdimatda Azərbaycan Turizm Bürosunun Turizm Məhsulu şöbəsinin müdiri Şərifə Həsənova məlumat verib. O bildirib ki, bu, Bakı, Novxanı, Ağsu, Şamaxı, İsmayıllı, Qəbələ, Şəmkir, Göygöl marşrutlarıdır.Ş.Həsənova qeyd edib ki, Qarabağ ərazisində Xocavənd rayonu, Tuğ kəndi ərazisində şərab dequstasiyası ilə bağlı mərkəzlər yaradılacaq: ”Tuğ ərazisində əvvəllər şərab zavodu olub və bu zavod bərpa olunacaq. Orada xındoğlu üzüm növündən hazırlanan şərablar turistlərə təqdim ediləcək".Tədbirdə Dövlət Turizm Agentliyi “İter Vitis Qafqaz” şərab marşrutunu təqdim edilib.Şərifə Həsənova “İter Vitis Qafqaz” layihəsi və onun məqsədləri barədə məlumat verib.O bildirib ki, Qafqaz ölkələrini birləşdirən ilk yenilikçi transmilli marşrut bu ölkələrdəki şərab bölgələrini, şərab zavodlarını, ev şərablarını və şərabla əlaqədar arxeoloji qazıntıları tanıtmaq üçün birləşdiriləcək.Təqdimatda Azərbaycanda qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə 25-dən çox şərab zavodunun mövcud olduğu, beynəlxalq səviyyədə tanınan üzüm sortları, eləcə də bir çox yerli alternativlərlə şərabçılıq təcrübəsinin inkişaf etdirildiyi diqqətə çatdırılıb.Həmçinin şərab növlərinin fermentasiya üsulları, rəngi, dadı və qoxusu barədə danışılıb, Azərbaycanın şərabçılıq sənayesi, eləcə də ölkəmizdə istehsal olunan şərabların ixrac olunduğu ölkələr haqda məlumatlar təqdim olunub.ATB nümayəndəsi şərabçılıq üzrə rus və ingilis dillərində fəaliyyət göstərən ilk onlayn portal “Azerbaijanwine.az” haqqında jurnalistlərə məlumat verib, portalda Azərbaycanın şərab ənənələri, ən yaxşı şərab təcrübələri və digər mühüm informasiyaların yerləşdirildiyini bildirib.Təqdimat zamanı KİV nümayəndələrinin maraq doğuran sualları cavablandırıb.Daha sonra KİV nümayəndələri üzüm və şərab istehsalının mərhələləri ilə yaxından tanış olublar.Eləcə də oxuyun:Şərab alkoqollu içki yox, dərmandır - azərbaycanlı professordan uğurlu biznes formuluAvropanın Keramika Marşrutunun yeni üzvü - Şəkinin təqdimatı keçirilibHansı alkoqollu içkini ac qarına içmək olmazƏn az zərərli alkoqollu içki məlum oldu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41723/00/417230039_175:0:923:561_1920x0_80_0_0_a8189c0453c75a773c2140d7ef24f82f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, şərab, marşrut, turizm, şamaxı, dövlət turizm agentliyi, azərbaycan
xəbərlər, şərab, marşrut, turizm, şamaxı, dövlət turizm agentliyi, azərbaycan
Azərbaycanda yeni şərab marşrutları - Siyahıda Qarabağ da var
14:04 24.09.2021 (Yenilənib: 00:05 17.11.2021) Qarabağ ərazisində Xocavənd rayonu, Tuğ kəndində şərab dequstasiyası ilə bağlı mərkəzlər yaradılacaq. Həmçinin Azərbaycanda transmilli layihə də gerçəkləşdiriləcək.
BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanda yeni şərab marşrutları müəyyən edilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə bu gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində “Azərbaycanda şərab turizmi və şərab marşrutları” mövzusu üzrə təqdimatda Azərbaycan Turizm Bürosunun Turizm Məhsulu şöbəsinin müdiri
Şərifə Həsənova məlumat verib. O bildirib ki, bu, Bakı, Novxanı, Ağsu, Şamaxı, İsmayıllı, Qəbələ, Şəmkir, Göygöl marşrutlarıdır.
Ş.Həsənova qeyd edib ki, Qarabağ ərazisində Xocavənd rayonu, Tuğ kəndi ərazisində şərab dequstasiyası ilə bağlı mərkəzlər yaradılacaq: ”Tuğ ərazisində əvvəllər şərab zavodu olub və bu zavod bərpa olunacaq. Orada xındoğlu üzüm növündən hazırlanan şərablar turistlərə təqdim ediləcək".
Tədbirdə Dövlət Turizm Agentliyi “İter Vitis Qafqaz” şərab marşrutunu təqdim edilib.
Şərifə Həsənova “İter Vitis Qafqaz” layihəsi və onun məqsədləri barədə məlumat verib.
O bildirib ki, Qafqaz ölkələrini birləşdirən ilk yenilikçi transmilli marşrut bu ölkələrdəki şərab bölgələrini, şərab zavodlarını, ev şərablarını və şərabla əlaqədar arxeoloji qazıntıları tanıtmaq üçün birləşdiriləcək.
Təqdimatda Azərbaycanda qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə 25-dən çox şərab zavodunun mövcud olduğu, beynəlxalq səviyyədə tanınan üzüm sortları, eləcə də bir çox yerli alternativlərlə şərabçılıq təcrübəsinin inkişaf etdirildiyi diqqətə çatdırılıb.
Həmçinin şərab növlərinin fermentasiya üsulları, rəngi, dadı və qoxusu barədə danışılıb, Azərbaycanın şərabçılıq sənayesi, eləcə də ölkəmizdə istehsal olunan şərabların ixrac olunduğu ölkələr haqda məlumatlar təqdim olunub.
ATB nümayəndəsi şərabçılıq üzrə rus və ingilis dillərində fəaliyyət göstərən ilk onlayn portal “Azerbaijanwine.az” haqqında jurnalistlərə məlumat verib, portalda Azərbaycanın şərab ənənələri, ən yaxşı şərab təcrübələri və digər mühüm informasiyaların yerləşdirildiyini bildirib.
Təqdimat zamanı KİV nümayəndələrinin maraq doğuran sualları cavablandırıb.
Daha sonra KİV nümayəndələri üzüm və şərab istehsalının mərhələləri ilə yaxından tanış olublar.
Şərab alkoqollu içki yox, dərmandır - azərbaycanlı professordan uğurlu biznes formulu
Avropanın Keramika Marşrutunun yeni üzvü -
Şəkinin təqdimatı keçirilib