Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ və Rusiya gələn həftə strateji sabitliyə dair danışıqlar aparacaq

© Sputnik / Sergey Guneev / Mediabanka keçidRusiya Dövlət Başçısı Vladimir Putin və ABŞ Prezidenti Joe Biden zirvəsi ərəfəsində Cenevrədəki Monblan körpüsündə Rusiya və ABŞ bayraqları
Rusiya Dövlət Başçısı Vladimir Putin və ABŞ Prezidenti Joe Biden zirvəsi ərəfəsində Cenevrədəki Monblan körpüsündə Rusiya və ABŞ bayraqları - Sputnik Azərbaycan, 1920, 23.09.2021
Abunə olmaq
Prezidentlər Bayden və Putinin Cenevrədə baş tutan sammitindən sonra ABŞ və Rusiya strateji sabitliyə dair danışıqlar aparacaq.
BAKI, 23 sentyabr — Sputnik. Gələn həftə Cenevrədə Birləşmiş Ştatlar və Rusiya strateji sabitliyə dair danışıqlar aparacaq. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların Rusiyadakı səfiri Con Sallivan bildirib.
"Prezidentlər Bayden və Putinin Cenevrədə baş tutan sammitindən sonra ABŞ və Rusiya strateji sabitliyə dair danışıqlar aparacaq. Danışıqlar gələn həftə baş tutacaq", - deyə ABŞ səfiri bildirib.
O, həmçinin qeyd edib ki, Moskva və Vaşinqton kibertəhlükəsizliyə dair dialoq aparacaq.
Qeyd edək ki, sonuncu dəfə Rusiya XİN-in yüksək vəzifəli məmuru "RİA Novosti"-yə bildirmişdi ki, Rusiya və ABŞ nümayəndə heyətinin Cenevrədə növbəti görüşü sentyabrın 30-na planlaşdırılıb.
Xatırladaq ki, iyunun 16-da ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında Cenevrədə keçirilən görüş zamanı kibertəhlükəsizlik məsələsinə də toxunulmuşdu. Burada iki ölkə arasında kibertəhlükəsizliklə bağlı problemlərin həlli, bu sahədə əməkdaşlıq və seçkiyə virtual müdaxilə ittihamlarının səngidilməsi barədə razılıq əldə edilmişdi.
Ondan sonrakı dövrdə isə Sergey Lavrov bildirmişdi ki, prezidentlər Co Bayden və Vladimir Putinin Cenevrə görüşündən sonra Vaşinqtonun səsləndirdiyi bəyanatlar ABŞ liderinin danışıqlarda tutduğu mövqeyə heç də uyğun gəlmir.
Lavrov xatırlatmışdı ki, iki ölkə liderinin "açıq və konstruktiv" şəkildə keçmiş ünsiyyəti strateji sabitliyə dair predmetli dialoqa başlamaq razılaşması, nüvə müharibəsinin yolverilməz olduğunun təsdiqi, kibertəhlükəsizlik və bəzi digər məsələlər üzrə məsləhətləşmələrin zəruriliyinin anlayışı ilə bitib.
"Və yenə də danışıqlar bitəndən dərhal sonra səsləndirilmiş Vaşinqtonun keçmiş çeynənmiş mövqeyi çox nümayişkaranədir. Nəzərə alaq ki, "böyük qardaşın" əhvalını dəqiq qiymətləndirən Avropa paytaxtları dərhal fəal surətdə ona "züy tutmağa" başladılar. Çıxışların mahiyyəti: Moskva ilə münasibətləri normallaşdırmağa hazırıq, lakin əvvəlcə o, davranışını dəyişməlidir", - Lavrov demişdi.
Xəbər lenti
0