Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bu gündən məktəblərdə əyani dərslər başlayır

Abunə olmaq
Sputnik Azərbaycan 220 №-li məktəb-liseyin qonağı olub, dərs ilinin başlanması ilə bağlı şagirdlərin sevincini bölüşüb. Daha ətraflı videomuzda.
Bu gün orta məktəblərdə yeni dərs ili başalayıb. Pandemiya ilə əlaqədar olaraq 2021/2022-ci tədris ilinin başlanma tarixi dəyişdirilib. Qeyd edək ki, Bilik Günü ənənəvi qaydada sentybarın 15-də qeyd olunur.
Sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanacaq. Bu barədə təhsil naziri Emin Əmrullayev bu gün 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib.
Nazir bildirib ki, sentyabrın 29-dan həmçinin ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri açılacaq.
Emin Əmrullayev bildirib ki, məktəblərdə 5 günlük dərs qrafiki olacaq.
O, əlavə edib ki, bəzi təhsil müəssisələrində 6 günlük qrafik  tətbiq olunacaq.
"Artıq təhsil işçilərinin 82 faizə qədəri vaksinasiyadan keçib" - Emin Əmrullayev söyləyib.
Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin gec başlamasını yoluxma hallarının artması ilə əlaqələndirib.
Nazir bunu "ən optimal qərar" kimi qiymətləndirib.
Emin Əmrullayev deyib ki, Təhsil Nazirliyi şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmir. Rüstəm Ağayev isə söyləyib ki, məktəblərdə yaşından asılı olmayaraq bütün şagirdlərin maska taxması ilə bağlı məcburiyyət yoxdur.
"Uşaqların maska taxması valideynlərin öhdəsinə buraxılır," - o bildirib.
Xəbər lenti
0