Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yerevan, Moskva və Bakı nəqliyyat əlaqələrinin bərpasında qərarlıdır

© Sputnik / Maksim Blinov / Mediabanka keçidГород Лачин Лачинского района Азербайджану
Город Лачин Лачинского района Азербайджану - Sputnik Azərbaycan, 1920, 20.09.2021
Abunə olmaq
Bütün tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasında qərarlıdırlar. Bunu necə etməyə dair müzakirələr gedir.
BAKI, 20 sentyabr — Sputnik. Ermənistan, Rusiya və Azərbaycan regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasında qərarlıdırlar. Sputnik Ermənistan xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Yerevanda keçirilən Ermənistan – Rusiya biznes forumunda jurnalistlərə bildirib.
"Üçtərəfli işçi qrup görüşlər keçirir. Sayca yeddinci olan sonuncu görüş avqustun ortalarında Moskvada baş tutdu. Bütün tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasında qərarlıdırlar. Bunu necə etməyə dair müzakirələr gedir", - deyə Overçuk bildirib.
O bildirib ki, nəqliyyat marşrutlarının bərpası Ermənistan və Rusiya arasında da olmaqla, ticarət dövriyyəsinin genişlənməsi və artması üçün yeni imkanlar yaradacaq.
Öz növbəsində Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan xatırladıb ki, nəqliyyat əlaqəsi məsələsində uzun müddət ərzində məhdudiyyətlər olub: "Aydındır ki, əlaqələrin bərpası iqtisadiyyata müsbət təsir edəcək, lakin konkret rəqəmlərdən danışmaq hələ tezdir".
Üçtərəfli bəyanatda nə deyilir? 
Xatırladaq ki, bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bəyanatda bildirilir:
Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:
1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.
2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.
3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.
4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.
Həmçinin oxuyun:
* Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi artıb
Moskvada Azərbaycan, Ermənistan və Rusiya üçtərəfli işçi qrupunun iclası keçirilib
Xəbər lenti
0