Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanın dövlət başçısı Rusiya prezidentini təbrik edib

© Sputnik / Mihail Klimentev / Mediabanka keçidПрезидент РФ Владимир Путин, премьер-министр Армении Никол Пашинян и президент Азербайджана Ильхам Алиев во время трёхсторонних переговоров по поводу ситуации в Нагорном Карабахе
Президент РФ Владимир Путин, премьер-министр Армении Никол Пашинян и президент Азербайджана Ильхам Алиев во время трёхсторонних переговоров по поводу ситуации в Нагорном Карабахе - Sputnik Azərbaycan, 1920, 20.09.2021
Abunə olmaq
İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilərin uğurla keçirilməsi ilə əlaqədar Vladimir Putini təbrik edib.
BAKI, 20 sentyabr - Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb. Bu barədə Azərtag məlumat yayıb.
Təbrik məktubunda deyilir:
Hörmətli Vladimir Vladimiroviç.
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilərin uğurla keçirilməsi ilə əlaqədar səmimi təbriklərimi qəbul edin.
Keçirilmiş seçkilərdə “Yedinaya Rossiya” Partiyasının qələbəsi bu partiyanın ölkədə aparıcı siyasi qüvvə kimi liderliyini, onun ümummilli siyasətinin və çoxplanlı fəaliyyətinin Rusiya xalqı tərəfindən yüksək qiymətləndirilməsini bir daha təsdiq etdi.
Əminəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında strateji tərəfdaşlıq xarakterli ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri xalqlarımızın və ölkələrimizin mənafeyi, regionda sülh, təhlükəsizlik və sabitlik naminə bundan sonra da möhkəmlənəcək.
Fürsətdən istifadə edib, Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, dost Rusiyanın xalqına isə firavanlıq və əmin-amanlıq arzu edirəm.
Həmçinin oxuyun:
İlham Əliyev Vladimir Putinə zəng edib
Xəbər lenti
0