Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada parlament seçkilərinin səsverməsi başa çatıb

© Sputnik / Yevgeny Biyatov / Mediabanka keçidRusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova
Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova - Sputnik Azərbaycan, 1920, 19.09.2021
Abunə olmaq
Bütün ölkə üzrə ən çox seçicilərin ən çox fəallığı Çeçenistan, Kabardin-Balkar və Tuva vilayətlərində qeydəalınıb. Ən az fəallığı isə “şimal paytaxtı”nın sakinləri göstəriblər.
BAKI, 19 sentyabr - Sputnik. Rusiya Federasiyasının səkkizinci çağırış Dövlət Dumasına səsvermə başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib.
Onun sözlərinə görə, yerli vaxtla saat 20.00-da Moskva və ölkənin mərkəzi regionlarında səsvermə məntəqələri bağlanıb.
Yerli vaxtla saat 18.00-a olan məlumata görə, seçkilərdə seçicilərin 45,15%-i iştirak ediblər.
Bütün ölkə üzrə seçicilərin ən çox fəallığı Çeçenistan, Kabardin-Balkar və Tuva vilayətlərində qeydə alınıb. Ən az fəallığı isə “şimal paytaxtı”nın sakinləri göstəriblər.
Qeyd edək ki, Azərbaycanda yaşayan Rusiya vətəndaşları səkkizinci çağırış Dövlət Dumasına seçkilərdə iştirak ediblər. Bakıda yaşayan Rusiya vətəndaşları Dövlət Dumasına keçirilən seçkilərin üçüncü günü - bazar günü Səfirlikdə təşkil olunmuş seçki məntəqəsində səs veriblər. Sentyabrın 11-də isə Gəncə şəhərində Rusiya vətəndaşlarının əvvəlcədən səsverməsi təşkil olunub.
Həmçinin oxuyun:
Seçkilərdə əvvəldən səs vermiş vətəndaşların sayı 38 min nəfərdir – Rusiya XİN
Xəbər lenti
0