https://sputnik.az/20210918/Rusiyada-qanunvericilik-v-icra-orqanlarna-seki-keirilir-427956972.html
Rusiyada qanunvericilik və icra orqanlarına seçki keçirilir
Rusiyada qanunvericilik və icra orqanlarına seçki keçirilir
Sputnik Azərbaycan
Birbaşa Rusiyada keçirilən seçkidə iştirak edə bilməyən, Azərbaycan ərazisində olan rusiyalılar bazar günü, sentyabrın 19-da Bakıda səs verə biləcəklər. 18.09.2021, Sputnik Azərbaycan
2021-09-18T16:55+0400
2021-09-18T16:55+0400
2021-11-17T00:04+0400
rusiya
siyasət
seçki
rusiya federasiyası dövlət duması
bakı
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/11/427943770_0:0:3071:1728_1920x0_80_0_0_a4594e5d35d1cdcd1ae7c52223e9af64.jpg
BAKI, 18 sentyabr - Sputnik. Dövlət Dumasına onlayn səs verən seçicilərin sayı 70%-ə çatıb.Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir."Səsvermənin sonunadək, hesab edirəm ki, bu göstərici 90%-ə çatacaq. Bu cür aktivlik adi klassik məntəqələrdə olmur, hətta bunu təsəvvür etmək də çətindir", - MSK sədrinin köməkçisi Nikolay Bulayev "Rossiya 24"ün efirində deyib.Rusiyada vahid səsvermə günü sentyabrın 17-dən 19-dək keçirilir. Vətəndaşlar deputatları, eləcə də doqquz subyektin rəhbərlərini, regional parlamentin və bələdiyyə orqanlarının nümayəndələrini seçirlər.Moskva, Nijeqorod, Yaroslav, Murmansk, Rostov vilayətlərində, eləcə də Sevastopolda məsafədən səsvermə imkanları yaradılıb.Parlamentin aşağı palatası qarışıq seçki sistemi ilə beş il müddətinə seçilir: 225 namizəd partiya siyahısı və daha 225-i birmandatlı dairələrdən bir tur ərzində seçilir.Bütün səviyyələrdə seçkilərdə 23 partiya 74 min namizəd irəli sürərək onları qeydiyyatdan keçirib."Mobil seçici" texnologiyası ilə səsvermədə 80%-lik nəticə RF MSK sədrinin müavini Nikolay Bulayev bildirib ki, yerləşdiyi məkana görə "mobil seçici" texnologiyası vasitəsilə səs verən rusiyalıların fəallığı çox yüksəkdir - 80%-dən də artıqdır. "Mobil seçici" texnologiyası ilə səs vermək istəyən vətəndaşların sayının 3,5 milyon olduğu bildirilir."Onlar hamısı motivasiyalı adamlardır, ancaq səs vermək üçün yenə də seçki məntəqəsinə gəlmək lazımdır", - Bulayev deyib.Beynəlxalq müşahidəçilərRusiya Federasiyasında keçirilən seçkini ictimai nəzarət mərkəzlərində 380-dən çox xarici müşahidəçi və ekspert izləyir. Bu barədə RF İctimai Palatası yanında səsverməyə ictimai nəzarət üzrə koordinasiya şurasının sədri Maksim Qriqoryev bildirib."Bizə xarici müşahidəçilər də qoşulurlar, onlar ictimai mərkəzlərdə, qərargahlarda və seçki məntəqəsindədirlər... 80 ölkədən 383 beynəlxalq müşahidəçinin elektron səsverməyə nəzarətə tam əlçatanlığı təmin olunub", - Qriqoryev brifinqdə deyib.Bosniya və Herseqovinanın Ombudsmanı Yasminka Cümhur Dövlət Dumasına seçkidə videomüşahidə sisteminin rahat olduğunu qeyd edib."Hazırda hansısa nəticələr çıxarmaq çətindir, biz müxtəlif məntəqələrə baş çəkilməsi və monitorinq əsasında ayrıca məlumat almışıq. Ancaq üç əsas şeyə diqqət yetirmək istəyirəm: bu, informasiya texnolopgiyalarının seçki prosesinin izlənməsində roludur. Videomüşahidə sayəsində şikayətlərə baxılması prosesi sürətlənir, çünki kameralarda pozuntuları izləmək mümkündür. Üstəlik, insan haqları üzrə müvəkkil seçkini izləyə bilər. Üçüncüsü - necə düzgün əməkdaşlıq və qarşılıqlı fəaliyyət qurmaqdır. Çünki ombudsman institutu vətəndaşla hakimiyyət arasında birləşdirici bənddir, digər tərəfdən MSK qərar qəbul edir bə və ombudsman MSK ilə qarşılıqlı əlaqədə olmalıdır", - Cumhur deyib.Məcburən səs verənlərRF MSK səs verməyə məcbur edilmə ilə bağlı ölkənin 45 subyektindən 137 müraciət alıb. Bunu RF MSK sədri Ella Pamfilova bildirib.O qeyd edib ki, Mərkəzi Seçki Komissiyasına prosesin müxtəlif iştirakçılarından 6317 yazılı müraciət daxil olub. Bunlardan beş mindən çoxu sarğu xarakteri daşıyıb - seçicilər hansısa aspektlərin izah olunmasını xahiş ediblər."Səs verməyə məcbur edilmə barədə müraciətlərə xüsusi diqqət ayırırıq. Bu məsələ ilə bağlı MSK-ya Rusiyanın 45 subyektindən 137 müraciət daxil olub. Seçicilər distansion elektron səsverməyə məcbur edildiklərini bildirirlər, 16 müraciətdə isə müəyyən partiya və ya namizədə səs verməyə məcbur olunma haqda qeyd olunub", - Pamfilova deyib.Bakıda da seçki olacaqRusiyada keçirilən seçkidə iştirak edə bilməyən, Azərbaycan ərazisində olan rusiyalılar isə bazar günü, sentyabrın 19-da Bakıda səs verə biləcəklər. Onlar Rusiyanın Bakıdakı səfirliyində təşkil olunan seçkiyə qatılaraq konstitusion hüquqlarını gerçəkləşdirə bilərlər.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/11/427943770_85:0:2816:2048_1920x0_80_0_0_8d8fc3d0ea686f5c7a2e2fbd73edaa1b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
seçki, rusiya federasiyası dövlət duması, bakı, dünya, azərbaycan
seçki, rusiya federasiyası dövlət duması, bakı, dünya, azərbaycan
Rusiyada qanunvericilik və icra orqanlarına seçki keçirilir
16:55 18.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Birbaşa Rusiyada keçirilən seçkidə iştirak edə bilməyən, Azərbaycan ərazisində olan rusiyalılar bazar günü, sentyabrın 19-da Bakıda səs verə biləcəklər.
BAKI, 18 sentyabr - Sputnik. Dövlət Dumasına onlayn səs verən seçicilərin sayı 70%-ə çatıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.
"Səsvermənin sonunadək, hesab edirəm ki, bu göstərici 90%-ə çatacaq. Bu cür aktivlik adi klassik məntəqələrdə olmur, hətta bunu təsəvvür etmək də çətindir", - MSK sədrinin köməkçisi Nikolay Bulayev "Rossiya 24"ün efirində deyib.
Rusiyada vahid səsvermə günü sentyabrın 17-dən 19-dək keçirilir. Vətəndaşlar deputatları, eləcə də doqquz subyektin rəhbərlərini, regional parlamentin və bələdiyyə orqanlarının nümayəndələrini seçirlər.
Moskva, Nijeqorod, Yaroslav, Murmansk, Rostov vilayətlərində, eləcə də Sevastopolda məsafədən səsvermə imkanları yaradılıb.
Parlamentin aşağı palatası qarışıq seçki sistemi ilə beş il müddətinə seçilir: 225 namizəd partiya siyahısı və daha 225-i birmandatlı dairələrdən bir tur ərzində seçilir.
Bütün səviyyələrdə seçkilərdə 23 partiya 74 min namizəd irəli sürərək onları qeydiyyatdan keçirib.
"Mobil seçici" texnologiyası ilə səsvermədə 80%-lik nəticə
RF MSK sədrinin müavini Nikolay Bulayev bildirib ki, yerləşdiyi məkana görə "mobil seçici" texnologiyası vasitəsilə səs verən rusiyalıların fəallığı çox yüksəkdir - 80%-dən də artıqdır.
"Mobil seçici" texnologiyası ilə səs vermək istəyən vətəndaşların sayının 3,5 milyon olduğu bildirilir.
"Onlar hamısı motivasiyalı adamlardır, ancaq səs vermək üçün yenə də seçki məntəqəsinə gəlmək lazımdır", - Bulayev deyib.
Rusiya Federasiyasında keçirilən seçkini ictimai nəzarət mərkəzlərində 380-dən çox xarici müşahidəçi və ekspert izləyir. Bu barədə RF İctimai Palatası yanında səsverməyə ictimai nəzarət üzrə koordinasiya şurasının sədri Maksim Qriqoryev bildirib.
"Bizə xarici müşahidəçilər də qoşulurlar, onlar ictimai mərkəzlərdə, qərargahlarda və seçki məntəqəsindədirlər... 80 ölkədən 383 beynəlxalq müşahidəçinin elektron səsverməyə nəzarətə tam əlçatanlığı təmin olunub", - Qriqoryev brifinqdə deyib.
Bosniya və Herseqovinanın Ombudsmanı Yasminka Cümhur Dövlət Dumasına seçkidə videomüşahidə sisteminin rahat olduğunu qeyd edib.
"Hazırda hansısa nəticələr çıxarmaq çətindir, biz müxtəlif məntəqələrə baş çəkilməsi və monitorinq əsasında ayrıca məlumat almışıq. Ancaq üç əsas şeyə diqqət yetirmək istəyirəm: bu, informasiya texnolopgiyalarının seçki prosesinin izlənməsində roludur. Videomüşahidə sayəsində şikayətlərə baxılması prosesi sürətlənir, çünki kameralarda pozuntuları izləmək mümkündür. Üstəlik, insan haqları üzrə müvəkkil seçkini izləyə bilər. Üçüncüsü - necə düzgün əməkdaşlıq və qarşılıqlı fəaliyyət qurmaqdır. Çünki ombudsman institutu vətəndaşla hakimiyyət arasında birləşdirici bənddir, digər tərəfdən MSK qərar qəbul edir bə və ombudsman MSK ilə qarşılıqlı əlaqədə olmalıdır", - Cumhur deyib.
RF MSK səs verməyə məcbur edilmə ilə bağlı ölkənin 45 subyektindən 137 müraciət alıb. Bunu RF MSK sədri Ella Pamfilova bildirib.
O qeyd edib ki, Mərkəzi Seçki Komissiyasına prosesin müxtəlif iştirakçılarından 6317 yazılı müraciət daxil olub. Bunlardan beş mindən çoxu sarğu xarakteri daşıyıb - seçicilər hansısa aspektlərin izah olunmasını xahiş ediblər.
"Səs verməyə məcbur edilmə barədə müraciətlərə xüsusi diqqət ayırırıq. Bu məsələ ilə bağlı MSK-ya Rusiyanın 45 subyektindən 137 müraciət daxil olub. Seçicilər distansion elektron səsverməyə məcbur edildiklərini bildirirlər, 16 müraciətdə isə müəyyən partiya və ya namizədə səs verməyə məcbur olunma haqda qeyd olunub", - Pamfilova deyib.
Rusiyada keçirilən seçkidə iştirak edə bilməyən, Azərbaycan ərazisində olan rusiyalılar isə bazar günü, sentyabrın 19-da Bakıda səs verə biləcəklər. Onlar Rusiyanın Bakıdakı səfirliyində təşkil olunan seçkiyə qatılaraq konstitusion hüquqlarını gerçəkləşdirə bilərlər.