https://sputnik.az/20210916/Putin-zr-istdi-Vziyyt-ninki-stabil-deyil-htta-ciddi-risk-dayr-427934564.html
Putin: Vəziyyət nəinki stabil deyil, hətta ciddi risk daşıyır
Putin: Vəziyyət nəinki stabil deyil, hətta ciddi risk daşıyır
Sputnik Azərbaycan
Rusiya Prezidenti Əfqanıstandakı vəziyyətlə əlaqədar KTMT ölkələrinin səylərini birləşdirməyin vacibliyini vurğulayıb. 16.09.2021, Sputnik Azərbaycan
2021-09-16T11:50+0400
2021-09-16T11:50+0400
2021-09-16T11:59+0400
rusiya
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427758413_0:150:3111:1900_1920x0_80_0_0_50bfd2afa67f159d44a79e15fa7905cf.jpg
BAKI, 16 sentyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) məsuliyyət zonasında vəziyyət nəinki stabil deyil, hətta region ölkələri üçün ciddi risk daşıyır. RİA Novosti xəbər verir ki, bunu KTMT sammitinə videokonfrans rejimində qatılan Rusiya Prezidenti Vladimir Putin bəyan edib.Putin Əfqanıstandakı vəziyyətlə əlaqədar KTMT ölkələrinin səylərini birləşdirməyin vacibliyini də vurğulayıb.Onu da qeyd edək ki, Putin KTMT-nin Düşənbədə keçirilən Zirvə toplantısına qatıla bilmədiyi üçün toplantı iştirakçılarından üzr istəyib.O, tədbirə videoformatda qoşulub və sammit iştirakçılarına üzrxahlığını çatdırıb.Dövlət başçısı deyib ki, ünsiyyətdə olduğu insanlar arasında koronavirusa yoluxanlar var:"Koronavirusa bir-iki nəfər deyil, onlarla insan yoluxub. Ona görə də son anda Düşənbəyə səfərimi təxirə saldım və buna təəssüf edirəm. Bildiyiniz kimi buna səbəb ətrafımdakı insanların koronavirusa yoluxmasıdır".Qeyd edək ki, sentyabrın 15-də başlayan toplantda Rusiya, Taciksitan, Qazaxıstan, Qırğız Respublikası, Belarus və Ermənistan nümayəndə heyətləri iştirak edir.Həmçinin oxuyun:KTMT Əfqanıstana dair qərar verdiKabilin süqutu - KTMT baş verənlərə müdaxilə edərsə...
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427758413_190:0:2921:2048_1920x0_80_0_0_cbebe8ee2295d2f8023254224049ab07.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Putin: Vəziyyət nəinki stabil deyil, hətta ciddi risk daşıyır
11:50 16.09.2021 (Yenilənib: 11:59 16.09.2021) Rusiya Prezidenti Əfqanıstandakı vəziyyətlə əlaqədar KTMT ölkələrinin səylərini birləşdirməyin vacibliyini vurğulayıb.
BAKI, 16 sentyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) məsuliyyət zonasında vəziyyət nəinki stabil deyil, hətta region ölkələri üçün ciddi risk daşıyır.
RİA Novosti xəbər verir ki, bunu KTMT sammitinə videokonfrans rejimində qatılan Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
"Artıq qeyd olunduğu kimi, KTMT məsuliyyət zonasında və quruma üzv dövlətlərin xarici sərhədlərində vəziyyət nəinki stabil deyil, hətta bizim ölkələrimiz üçün çox ciddi təhdid yaradır və risk daşıyır", – deyə o bildirib.
Putin Əfqanıstandakı vəziyyətlə əlaqədar KTMT ölkələrinin səylərini birləşdirməyin vacibliyini də vurğulayıb.
Onu da qeyd edək ki, Putin KTMT-nin Düşənbədə keçirilən Zirvə toplantısına qatıla bilmədiyi üçün toplantı iştirakçılarından üzr istəyib.
O, tədbirə videoformatda qoşulub və sammit iştirakçılarına üzrxahlığını çatdırıb.
Dövlət başçısı deyib ki, ünsiyyətdə olduğu insanlar arasında koronavirusa yoluxanlar var:
"Koronavirusa bir-iki nəfər deyil, onlarla insan yoluxub. Ona görə də son anda Düşənbəyə səfərimi təxirə saldım və buna təəssüf edirəm. Bildiyiniz kimi buna səbəb ətrafımdakı insanların koronavirusa yoluxmasıdır".
Qeyd edək ki, sentyabrın 15-də başlayan toplantda Rusiya, Taciksitan, Qazaxıstan, Qırğız Respublikası, Belarus və Ermənistan nümayəndə heyətləri iştirak edir.