Hərbi Prokurorluq: "Ermənistanın cinayətlərinin təşkilatçı və icraçıları müəyyənləşib"

© Sputnik / Aleksey Kudenko / Fotobanka keçməkПоследствия обстрелов в Агдамском районе Азербайджана
Последствия обстрелов в Агдамском районе Азербайджана - Sputnik Azərbaycan, 1920, 14.09.2021
Xəbərlərə abunə olun
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 30 il ərzində digər dövlət orqanları kimi hərbi prokurorluq orqanları da işğal altındakı ərazilərdə fəaliyyət göstərə bilməyib.
BAKI, 14 sentyabr — Sputnik. "Hərbi qurumlarda korrupsiya hüquqpozmaları ilə mübarizə aparılması, zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi hərbi prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir".
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə deyib.
"Təcavüzkar Ermənistanın işğalçı silahlı qüvvələri və hərbi caniləri tərəfindən son onilliklər ərzində Azərbaycan Respublikasına qarşı törədilmiş məlum sülh və insanlıq əleyhinə və sair kateqoriya cinayətlərin ibtidai istintaqının aparılması, cinayətlərin törədilmə mexanizminin bütün elementlərinin, zərərçəkmiş şəxslərin, onlara vurulan ziyanın, cinayətkarların təşkilatçı və icraçılarının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün kompleks əməliyyat-istintaq hərəkətlərinin təşkili və icra edilməsi hərbi prokurorluq əməkdaşlarının xidməti vəzifələrini vicdanlı və layiqincə icra etmələri, fədəkar əməyi nəticəsində mümkün olub", - deyə o vurğulayıb.
Mehdi Hüseynzadə, həmçinin xatırladıb ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 30 il ərzində digər dövlət orqanları kimi hərbi prokurorluq orqanları da işğal altındakı ərazilərdə fəaliyyət göstərə bilməyib: "Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının işğalçı Ermənistan üzərində möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü tam bərpa etməsi nəticəsində həmin ərazilərdə digər dövlət qurumları ilə yanaşı, hərbi prokurorluq orqanlarının da yaradılması və fəaliyyətinin təmin edilməsi zəruri idi.
Bununla əlaqədar olaraq, Azərbaycan Prezidentinin 1 aprel 2021-ci il tarixli işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında sərəncamına əsasən, 30 il ərzində Ermənistanın işğalında olmuş və müzəffər ordumuz tərəfindən azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə yeni – Qubadlı Hərbi Prokurorluğu və Kəlbəcər Hərbi Prokurorluğu yaradılmış, həmçinin Qarabağ Hərbi Prokurorluğunun əsasında isə Ağdam Hərbi Prokurorluğu formalaşdırılıb. Bununla da Hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının yurisdiksiyasına aid olan bütün ərazilərdə təşkil edilib".
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала