Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

MN: razılıq olmadan digər ölkələrin nəqliyyatı vasitələri ölkə ərazisinə daxil ola bilməz!

© Sputnik / Mediabanka keçidОткрыто движение по Лачинскому коридору
Открыто движение по Лачинскому коридору  - Sputnik Azərbaycan, 1920, 12.09.2021
Abunə olmaq
Müdafiə Nazirliyi digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı müraciət ünvanlayıb.
BAKI, 12 sentyabr — Sputnik. Müdafiə Nazirliyi digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı müraciət ünvanlayıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə NazirliyiSülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb.
Məktublarda qeyd olunub ki, bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir və onların qarşısının alınması xahiş olunub.
Müraciətlərdə qeyd olunub ki, Azərbaycan Respublikasının razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır.
Həmçinin oxuyun:
İran Xankəndinə qaçaqmalçılıq yolu ilə naməlum yüklər göndərib
Xəbər lenti
0