https://sputnik.az/20210912/Alkoqolizmin-sas-lamtlrindn-biri-budur---Anozoqneziya-427900879.html
Alkoqolizmin əsas əlamətlərindən biri budur - Anozoqneziya
Alkoqolizmin əsas əlamətlərindən biri budur - Anozoqneziya
Sputnik Azərbaycan
Spirtli içkilərin qəbulu ruhi və davranış pozğunluqları, həmçinin bir sıra digər qeyri-yoluxucu sağlamlıq problemləri və xəsarətlərin yaranmasında əsas ... 12.09.2021, Sputnik Azərbaycan
2021-09-12T10:25+0400
2021-09-12T10:25+0400
2021-11-17T00:04+0400
xəbərlər
rusiya
cəmiyyət
səhiyyə
alkoqolik
alkoqol
alkoqolizm
alkoqollu içki
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41508/13/415081305_0:10:1280:734_1920x0_80_0_0_b9f1931f9a2c3239204114f80f9ce927.jpg
BAKI, 12 sentyabr — Sputnik. Alkoqollu içkilərdən asılılığın əsas əlaməti şəxs tərəfindən həmin içkilərə qarşısıalınmaz meylliliyin inkar olunmasıdır. Bunu Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqay yerli radiostansilyaların birinə müsahibəsində deyib.Onun sözlərinə görə, tibb sahəsində çalışan mütəxəssislər bu halı “anozoqneziya” (xəstənin öz xəstəliyini inkar etməsi - red. qeydi) adlandırırlar.Nazir müavini bildirib ki, alkoqoliklər adətən heç bir asılılıqlarının olmadığını, sadəcə olaraq içməkdən xoşları gəldiyini və buna görə də içdiklərini bildirirlər:Qeyd edək ki, bir müddət əvvəl Salaqay Rusiyanın heç də dünyanın “ən çox içən” olkəsi olmadığını, ölkədə alkoqol istifadəsinin tədricən azaldığını da diləgətirib.Nazir müavininin sözlərinə görə, 2014-2017-ci illərərzində Rusiya Avropada adambaşına ən az spirtli içki qəbul edilmiş ölkələrindən olub. Belə ki, hesabat dövründə ölkədə adambaşına il ərzində 0,83 litr mütləq alkoqol (99,4%-lik təmiz spirt - red. qeydi) qəbul edilib.Alkoqolizm - spirtli içkilərin sui-istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və fiziki asılılıqla, habelə digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlik vəziyyətidir. Alkoqolun qəbulu ruhi və davranış pozğunluqları, həmçinin bir sıra digər qeyri-yoluxucu sağlamlıq problemləri və xəsarətlərin yaranmasında əsas səbəblərdən biridir. Alkoqolun mütəmadi və çoxlu miqdarda qəbulu nəinki fərdin sağlamlığına, həmçinin bir sıra insanların və cəmiyyətin ictimai və iqtisadi vəziyyətinə zərərli təsir göstərir.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41508/13/415081305_0:0:1280:803_1920x0_80_0_0_8b510dc25cb3bce3f713b6496629fd9b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, alkoqolik, alkoqol, alkoqolizm, alkoqollu içki, dünya, azərbaycan
xəbərlər, alkoqolik, alkoqol, alkoqolizm, alkoqollu içki, dünya, azərbaycan
Alkoqolizmin əsas əlamətlərindən biri budur - Anozoqneziya
10:25 12.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Spirtli içkilərin qəbulu ruhi və davranış pozğunluqları, həmçinin bir sıra digər qeyri-yoluxucu sağlamlıq problemləri və xəsarətlərin yaranmasında əsas səbəblərdən biridir.
BAKI, 12 sentyabr — Sputnik. Alkoqollu içkilərdən asılılığın əsas əlaməti şəxs tərəfindən həmin içkilərə qarşısıalınmaz meylliliyin inkar olunmasıdır. Bunu Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqay yerli radiostansilyaların birinə müsahibəsində deyib.
Onun sözlərinə görə, tibb sahəsində çalışan mütəxəssislər bu halı “anozoqneziya” (xəstənin öz xəstəliyini inkar etməsi - red. qeydi) adlandırırlar.
Nazir müavini bildirib ki, alkoqoliklər adətən heç bir asılılıqlarının olmadığını, sadəcə olaraq içməkdən xoşları gəldiyini və buna görə də içdiklərini bildirirlər:
"Onlar eyni zamanda bu zərərli meyldən yaxa qurtarmaq üçün mütəxəssisin yardımına ehtiyaclarının olduğunu da etiraf etmirlər”, - deyə o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Salaqay Rusiyanın heç də dünyanın “ən çox içən” olkəsi olmadığını, ölkədə alkoqol istifadəsinin tədricən azaldığını da diləgətirib.
Nazir müavininin sözlərinə görə, 2014-2017-ci illərərzində Rusiya Avropada adambaşına ən az spirtli içki qəbul edilmiş ölkələrindən olub. Belə ki, hesabat dövründə ölkədə adambaşına il ərzində 0,83 litr mütləq alkoqol (99,4%-lik təmiz spirt - red. qeydi) qəbul edilib.
Alkoqolizm - spirtli içkilərin sui-istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və fiziki asılılıqla, habelə digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlik vəziyyətidir. Alkoqolun qəbulu ruhi və davranış pozğunluqları, həmçinin bir sıra digər qeyri-yoluxucu sağlamlıq problemləri və xəsarətlərin yaranmasında əsas səbəblərdən biridir. Alkoqolun mütəmadi və çoxlu miqdarda qəbulu nəinki fərdin sağlamlığına, həmçinin bir sıra insanların və cəmiyyətin ictimai və iqtisadi vəziyyətinə zərərli təsir göstərir.