QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkdilli dövlətlərin rəsmiləri Ağdama səfər ediblər

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidAğdamda dağılmış tikili
Ağdamda dağılmış tikili - Sputnik Azərbaycan, 1920, 11.09.2021
Abunə olmaq
Nümayəndə heyətinə ermənilən Pənahəli xanın İmarət kompleksində törətdikləri vandallıq aktları, Qarabağ xanlarının dağıdılmış türbələri, o cümlədən şair Xurşidbanu Natəvanın məhv edilmiş məzarı göstərilib.
BAKI, 11 sentyabr - Sputnik. Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirliklərinin nümayəndələri Ağdama səfər ediblər.
Sputnik Azərbaycan xəbər verir ki, qonaqları Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olmuş Ağdam rayon üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.
Nümayəndə heyətinə ermənilən Pənahəli xanın İmarət kompleksində törətdikləri vandallıq aktları, Qarabağ xanlarının dağıdılmış türbələri, o cümlədən şair Xurşidbanu Natəvanın məhv edilmiş məzarı göstərilib.
Sonra qonaqlar dünyada nadir muzeylərdən hesab olunan, ermənilər tərəfindən talan edilmiş Ağdam Çörək Muzeyinin binasının qalıqları və Ağdam Cümə Məscidi ziyarət ediblər. 
Daha sonra Emin Hüseynov qonaqları Ağdamın Baş planı ilə tanış edib. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Elşad Nuriyev qonaqlara Ağdam Sənaye Parkı barədə məlumat verib. Bildirib ki, yeni qurulacaq Sənaye Parkının bütün ərazisi minalardan təmizlənib, yaxın gələcəkdə ərazidə inşa işlərinə başlanacaq.
Qazaxıstanın Ticarət və İnteqrasiya nazirinin müavini Kayrat Torrebayev deyib ki, buralar müqəddəs torpaqlardır. Onlar Qarabağın işğaldan azad edilməsinə görə sevinir və Azərbaycanı bu istiqamətdə dəstəkləyirlər. 
Ağdamla bağlı təəssüratlarını bölüşən nazir gördüklərinin onda heç də xoş ovqat yaratmadığını diqqətə çatdırıb:
"Hər yer tamamilə dağıdılıb, Ağdama ağlasığmaz dərəcədə mina basdırılıb. Məncə insanlar heç bir halda əziyyət çəkməməlidirlər".
Nazir müavini münaqişənin bitməsinə görə şad olduğunu da vurğulayıb.
 
Xəbər lenti
0