https://sputnik.az/20210911/Rusiyal-hkimdn-mslht-mmun-sistemini-qorumaq-n-apteklr-yox-bazarlara-z-tutun-427898931.html
Rusiyalı həkimdən məsləhət: İmmun sistemini qorumaq üçün apteklərə yox, bazarlara üz tutun
Rusiyalı həkimdən məsləhət: İmmun sistemini qorumaq üçün apteklərə yox, bazarlara üz tutun
Sputnik Azərbaycan
Həkim payızın gəlişi ilə yerli bazarlarda asanlıqla tapıla bilən təbii məhsullara üstünlük verilməsini və gündəlik olaraq təzə tərəvəz yeməyi məsələhət görüb. 11.09.2021, Sputnik Azərbaycan
2021-09-11T20:00+0400
2021-09-11T20:00+0400
2021-09-11T13:46+0400
rusiya
xəbərlər
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425777987_0:0:3072:1738_1920x0_80_0_0_cb923e3516e5d91b8497bc2ea4d820e2.jpg
BAKI, 11 sentyabr - Sputnik. Klinik laborator diaqnostikanın həkimi Anna Safonovanı açıqlaması ilə bioloji aktiv maddələrin qəbulunun payızda soyuqdəymədən qoruması ilə bağlı məşhur mifi dağıdıb.Bu barədə Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir.Həkimin sözlərinə görə, profilaktik məqsədlər üçün C, D vitaminlərinin və sinkin istifadəsi yetərincə təsirli deyil. Buna görə də, əsas olaraq qida maddələrinin miqdarına riayət edilməsi vacibdir.Safonova xatırladıb ki, qidaların tərkibindəki zülalların, yağların və karbohidratların balansı immun sisteminin fəaliyyətinə təsir edir və onun gücünün 80%-i bağırsaqların fəaliyyətindən asılıdır.Həkim payızın gəlişi ilə yerli bazarlarda asanlıqla tapıla bilən təbii məhsullara üstünlük verilməsini və gündəlik olaraq təzə tərəvəz yeməyi məsələhət görüb.Safanova koronavirus pandemiyası ilə mübarizə dövründə, cəmiyyətin də qrip epidemiyasının başlanmasından çəkinməli olduğunu bildirib. Bunun üçün sentyabr və oktyabr aylarında peyvənd olunmağı tövsiyə edib.Peyvəndin xüsusilə yaşlılar, uşaqlar və hamilə qadınlar üçün vacib olduğunu vurğulayıb. O bildirib ki, qrip zamanı ən çox ağırlaşmalar məhz bu sosial qruplarda müşahidə olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425777987_0:0:3072:1930_1920x0_80_0_0_5588c1f7e09220cbc1b74f61675bb770.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Rusiyalı həkimdən məsləhət: İmmun sistemini qorumaq üçün apteklərə yox, bazarlara üz tutun
Həkim payızın gəlişi ilə yerli bazarlarda asanlıqla tapıla bilən təbii məhsullara üstünlük verilməsini və gündəlik olaraq təzə tərəvəz yeməyi məsələhət görüb.
BAKI, 11 sentyabr - Sputnik. Klinik laborator diaqnostikanın həkimi Anna Safonovanı açıqlaması ilə bioloji aktiv maddələrin qəbulunun payızda soyuqdəymədən qoruması ilə bağlı məşhur mifi dağıdıb.
Bu barədə Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir.
Həkimin sözlərinə görə, profilaktik məqsədlər üçün C, D vitaminlərinin və sinkin istifadəsi yetərincə təsirli deyil. Buna görə də, əsas olaraq qida maddələrinin miqdarına riayət edilməsi vacibdir.
Safonova xatırladıb ki, qidaların tərkibindəki zülalların, yağların və karbohidratların balansı immun sisteminin fəaliyyətinə təsir edir və onun gücünün 80%-i bağırsaqların fəaliyyətindən asılıdır.
Həkim payızın gəlişi ilə yerli bazarlarda asanlıqla tapıla bilən təbii məhsullara üstünlük verilməsini və gündəlik olaraq təzə tərəvəz yeməyi məsələhət görüb.
Safanova koronavirus pandemiyası ilə mübarizə dövründə, cəmiyyətin də qrip epidemiyasının başlanmasından çəkinməli olduğunu bildirib. Bunun üçün sentyabr və oktyabr aylarında peyvənd olunmağı tövsiyə edib.
Peyvəndin xüsusilə yaşlılar, uşaqlar və hamilə qadınlar üçün vacib olduğunu vurğulayıb. O bildirib ki, qrip zamanı ən çox ağırlaşmalar məhz bu sosial qruplarda müşahidə olunur.