https://sputnik.az/20210909/Vladimir-Putin-pandemiyann-hyatn-btn-sahlrin-tsir-etdiyini-sylyib-427889159.html
Vladimir Putin pandemiyanın həyatın bütün sahələrinə təsir etdiyini söyləyib
Vladimir Putin pandemiyanın həyatın bütün sahələrinə təsir etdiyini söyləyib
Sputnik Azərbaycan
Rusiya prezidenti deyib ki, bu təhlükə həyatımızın demək olar bütün sahələrinə təsir edib, qlobal iqtisadiyyatın inkişafını ləngidib, bir çox sosial... 09.09.2021, Sputnik Azərbaycan
2021-09-09T22:17+0400
2021-09-09T22:17+0400
2021-09-09T22:17+0400
xəbərlər
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427842538_0:165:3055:1883_1920x0_80_0_0_21957d4e24325744cb2d9482b8f7b000.jpg
BAKI, 9 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin koronavirus pandemiyasının həyatın bütün sahələrinə təsir etdiyini, qlobal iqtisadiyyatın inkişafını ləngitdiyini və bir çox sosial problemləri gərginləşdirdiyini söyləyib. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir."Koronavirus pandemiyası ilə əlaqəli risklər hər kəsə aydındır, az əvvəl həmkarlar da bu barədə danışıblar. Bu təhlükə həyatımızın demək olar ki, bütün sahələrinə təsir edib, qlobal iqtisadiyyatın inkişafını ləngidib, bir çox sosial problemləri gərginləşdirib", - cümə axşamı Putin BRHÇA sammitində videobağlantı vasitəsi ilə çıxış edərkən bildirib.Onüçüncü BRHÇA sammiti sentyabrın 9-da Hindistanın sədrliyi ilə keçirilir. Hindistan öz sədrliyinin mövzusunu "15 illik BRHÇA: BRHÇA daxilində davamlılıq, konsolidasiya və fikir birliyi naminə əməkdaşlıq" kimi seçib.BRHÇA – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın qeyri-rəsmi dövlətlərarası birliyidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427842538_163:0:2892:2047_1920x0_80_0_0_8a49c6e002845653b5114787bd10a47f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Vladimir Putin pandemiyanın həyatın bütün sahələrinə təsir etdiyini söyləyib
Rusiya prezidenti deyib ki, bu təhlükə həyatımızın demək olar bütün sahələrinə təsir edib, qlobal iqtisadiyyatın inkişafını ləngidib, bir çox sosial problemləri gərginləşdirib.
BAKI, 9 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin koronavirus pandemiyasının həyatın bütün sahələrinə təsir etdiyini, qlobal iqtisadiyyatın inkişafını ləngitdiyini və bir çox sosial problemləri gərginləşdirdiyini söyləyib. Bu barədə Sputnik Azərbaycan
Rusiya mediasına istinadən xəbər verir.
"Koronavirus pandemiyası ilə əlaqəli risklər hər kəsə aydındır, az əvvəl həmkarlar da bu barədə danışıblar. Bu təhlükə həyatımızın demək olar ki, bütün sahələrinə təsir edib, qlobal iqtisadiyyatın inkişafını ləngidib, bir çox sosial problemləri gərginləşdirib", - cümə axşamı Putin BRHÇA sammitində videobağlantı vasitəsi ilə çıxış edərkən bildirib.
Onüçüncü BRHÇA sammiti sentyabrın 9-da Hindistanın sədrliyi ilə keçirilir. Hindistan öz sədrliyinin mövzusunu "15 illik BRHÇA: BRHÇA daxilində davamlılıq, konsolidasiya və fikir birliyi naminə əməkdaşlıq" kimi seçib.
BRHÇA – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın qeyri-rəsmi dövlətlərarası birliyidir.