İtaliya mətbuatı: Qarabağ - normal həyata dönməyi ləngidən minalar

© Sputnik / Aleksey Kudenko / Fotobanka keçməkANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir
ANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir - Sputnik Azərbaycan, 1920, 08.09.2021
Müəllif Ağdam, Füzuli və Zəngilanda basdırılmış minaların sayı barədə məlumat verərək onların çox bir hissəsinin ANAMA tərəfindən zərərsizləşdirildiyini və bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırıb.
BAKI, 8 sentyabr — Sputnik. İtaliyanın nüfuzlu “il Giornale” qəzetinin və həmin qəzetə bağlı “İnsideover” analitik portalının jurnalisti Emanuel Pietrobonun ölkəmizə səfəri ilə bağlı silsilə yazıları davam edir. Bu xüsusda, növbəti məqalə kimi müəllifin “Qarabağ, normal həyata dönməyi ləngidən minalar” sərlövhəli məqaləsi işıq üzü görüb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın İtaliyadakı səfirliyindən daxil olan məlumatda bildirilir.
Müharibənin rəsmi olaraq 9 noyabr tarixində son çatmasına baxmayaraq, Cənubi Qafqazın açıq damarında müharibədən sonrakı problemlərin qalmaqda olduğunu deyən müəllif müharibədən qalib çıxmış və regionun lider dövləti olan Azərbaycanda Gəncənin bombalanmasının qoyduğu izlərlə yanaşı, azad edilmiş ərazilərin minalardan təmizlənəsi, bərpası və yenidənqurulması kimi məqsədlərin olduğunu qeyd edib.
Müəllif müharibənin bitməsinə baxmayaraq, minaların partlaması səbəbindən Qarabağda insanların hələ də həlak olduğunu deyir və diqqəti həyatını itirmiş çoxsaylı hərbiçilərin, mülki vətəndaşların və jurnalistlərin sayına çəkib. O bildirir ki, Azərbaycanın öz suverenliyini bərpa etdiyi ərazilərdə ermənilər tərəfindən 90-cı illərdən etibarən basdırılması və onların xəritəsinin təqdim edilməməsi səbəbindən həddən artıq sayda  insan həyatını itirir. Bu xüsusda müəllif Ağdam, Füzuli və Zəngilanda basdırılmış minaların sayı barədə məlumat verərək onların çox bir hissəsinin ANAMA tərəfindən zərərsizləşdirildiyini və bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırır.
“Minalara diqqət” lövhəsinin işğaldan azad edilmiş ərazilərdə tez-tez rast gəlindiyini bildirən müəllif qeyd edir ki, bu ərazilərdə istər hərbçilər, istərsə də mülki vətəndaşlar ehtiyyatlı davranmalıdırlar, çünki hər atılan addım son addım ola bilər. O bildirir ki, yenidən canlandırılan Füzuli və Şuşadan keçərkən ruhlar şəhəri Ağdamdan açıq məzarlıq Cəbrayıla qədər hər yerdə ingilis və azərbaycan dillərində xəbərdarlıq lövhələri yerləşdirilmişdir. Müəllif Qarabağın postsovet məkanında ən yüksək mina sıxlığına malik olduğunu, hətta planetdə ən çox minalanmış ərazilərdən biri olduğunu vurğulayır.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların dəqiq sayının bəlli olmadığını bildirən E.Pietrobon mövcud problemin ağırlığını faktlar və rəqəmlərlə göstərir, bu xüsusda, səfərdə olduğu Füzuli rayonunda hər 1 metr ərazidə 1-dən çox minanın basdırıldığını diqqətə çatdırır.
Sonda müəllif qeyd olunanlara rəğmən cəsur ANAMA heyəti sayəsində ərazilərin təmizlənməsi istiqamətində işlərin aparıldığını və Azərbaycan ərazilərinin getdikcə canlandırıldığını bildirir.
Məqalə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:
https://it.insideover.com/guerra/karabakh-quelle-mine-che-rallentano-il-ritorno-alla-normalita-2.html
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала