https://sputnik.az/20210906/Rusiya-slhmramllarnn-komandan-Rstm-Muradov-missiyasn-baa-vurur-427864461.html
Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov missiyasını başa vurur
Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov missiyasını başa vurur
Sputnik Azərbaycan
R.Muradov 2020-ci il noyabrın 10-dan Dağlıq Qarabağ və Laçın dəhlizi bölgəsində müşahidə aparacaq Rusiya Ordusunun sülhməramlı missiyanın rəhbəri təyin olunub. 06.09.2021, Sputnik Azərbaycan
2021-09-06T22:24+0400
2021-09-06T22:24+0400
2021-11-17T00:03+0400
qarabağ
xəbərlər
rusiya
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0e/425468777_0:33:3077:1772_1920x0_80_0_0_b9c8277db5e66af2160efb4177164141.jpg
BAKI, 6 sentyabr — Sputnik. Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.Sputnik Armeniya-nın verdiyi xəbərə görə, görüşdə Muradovu kimin əvəz edəcəyi açıqlanmayıb, ancaq hələ may ayında Aleksey Avdeyevin rus sülhməramlılarının yeni komandanı ola biləcəyi barədə xəbərlər yayılmışdı.Görüşdə Qarabağdakı sülhməramlı missiyanın gedişi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib.Rüstəm Usmanoviç Muradov 21 mart 1973-cü ildə Dərbənd rayonunun Çinar kəndində anadan olub. Əslən Dağıstanın Tabasaran bölgəsinin Xanak kəndindəndir. Atası 1966-cı ildə Cənubi Dağıstanda zəlzələdən sonra Tabasaran rayonundan Çinara köçmüşdür. Burada ailə qurmuşdur. Ailənin üç oğlu var. Rüstəm əvvəlcə Çinar orta məktəbində, sonra Mahaçqaladakı 16 saylı məktəbdə təhsil alıb.Kazan suvorov hərbi məktəbinin məzunudur. Daha sonra Novoçerkasskdakı kursantlar məktəbini bitirib. 1990-cı ildən bəri hərbi xidmətdədir. Fərqlənmə ilə S.M. Kirov adına Leninqrad Ali Birləşdirilmiş Silahlı Qüvvələrin Komandanlığı Məktəbini (1995),[9] Birləşdirilmiş Silahlı Qüvvələrin Akademiyasını və Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını (2015) bitirib.Hər iki Çeçen müharibəsində iştirak edib. İki Cəsarət ordeni ilə mükafatlandırılıb.2020-ci il noyabrın 10-dan Dağlıq Qarabağ və Laçın dəhlizi bölgəsində müşahidə aparacaq Rusiya Ordusunun sülhməramlı missiyanın rəhbəri təyin olunub.Həmçinin oxuyun:Rüstəm Muradov Xankəndində azərbaycanlı hərbçiyə baş çəkdi
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0e/425468777_0:0:3077:1936_1920x0_80_0_0_20b2f0ed95959c278c2c0b7dc46a7dd7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya, azərbaycan
xəbərlər, dünya, azərbaycan
Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov missiyasını başa vurur
22:24 06.09.2021 (Yenilənib: 00:03 17.11.2021) R.Muradov 2020-ci il noyabrın 10-dan Dağlıq Qarabağ və Laçın dəhlizi bölgəsində müşahidə aparacaq Rusiya Ordusunun sülhməramlı missiyanın rəhbəri təyin olunub.
BAKI, 6 sentyabr — Sputnik. Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.
Sputnik Armeniya-nın verdiyi xəbərə görə, görüşdə Muradovu kimin əvəz edəcəyi açıqlanmayıb, ancaq hələ may ayında Aleksey Avdeyevin rus sülhməramlılarının yeni komandanı ola biləcəyi barədə xəbərlər yayılmışdı.
Görüşdə Qarabağdakı sülhməramlı missiyanın gedişi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib.
Rüstəm Usmanoviç Muradov 21 mart 1973-cü ildə Dərbənd rayonunun Çinar kəndində anadan olub. Əslən Dağıstanın Tabasaran bölgəsinin Xanak kəndindəndir. Atası 1966-cı ildə Cənubi Dağıstanda zəlzələdən sonra Tabasaran rayonundan Çinara köçmüşdür. Burada ailə qurmuşdur. Ailənin üç oğlu var. Rüstəm əvvəlcə Çinar orta məktəbində, sonra Mahaçqaladakı 16 saylı məktəbdə təhsil alıb.
Kazan suvorov hərbi məktəbinin məzunudur. Daha sonra Novoçerkasskdakı kursantlar məktəbini bitirib. 1990-cı ildən bəri hərbi xidmətdədir. Fərqlənmə ilə S.M. Kirov adına Leninqrad Ali Birləşdirilmiş Silahlı Qüvvələrin Komandanlığı Məktəbini (1995),[9] Birləşdirilmiş Silahlı Qüvvələrin Akademiyasını və Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını (2015) bitirib.
Hər iki Çeçen müharibəsində iştirak edib. İki Cəsarət ordeni ilə mükafatlandırılıb.
2020-ci il noyabrın 10-dan Dağlıq Qarabağ və Laçın dəhlizi bölgəsində müşahidə aparacaq Rusiya Ordusunun sülhməramlı missiyanın rəhbəri təyin olunub.