QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdama getmək istəyənlər üçün qaydalar açıqlandı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDağıdılmış Ağdam şəhərinə mənzərə
Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 06.09.2021
Abunə olmaq
Bu barədə Ağdam şəhəri üzrə xüsusi nümayəndə "Twitter" hesabında məlumat yayıb.Bu barədə Ağdam şəhəri üzrə xüsusi nümayəndə "Twitter" hesabında məlumat yayıb.
BAKI, 6 sentyabr — Sputnik. Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama səfər etmək istəyənlər üçün qaydaları açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Ağdam şəhəri üzrə xüsusi nümayəndə "Twitter" hesabında məlumat verib.
"Səfərə qatılmaq üçün agdam@pa.gov.az elektron poçtuna şəxsiyyət vəsiqəsi və COVID pasportun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərmək tələb olunur. Şəhid ailələri, qazilər və Ağdam əhalisinə (60+) üstünlük verilir", - Hüseynov qeyd edib.
Bu gün bir qrup Ağdam sakini ilk dəfə olaraq işğaldan azad edildikdən sonra şəhərə ziyarətə yola düşüb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov "Twitter"-də bildirib.
Qeyd edək ki, dünən bir qrup Ağdam sakini ilk dəfə olaraq şəhərə səfər edib.
Məlumat üçün bildirək ki, noyabrın 20-də Ağdam rayonunun işğal altında olan hissəsi azad edilib və rayon Azərbaycana təhvil verilib.
Prezident İlham Əliyev çıxışında Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqı təbrik edib.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə birgə bəyanata görə, rayon 20 noyabradək Azərbaycana təhvil verilməli idi.
1993-cü ildə iyulun 23-də Ağdam rayonu ərazisinin 800 kvadrat kilometrdən çox hissəsi, yəni ümumi ərazisinin 70 faizindən çoxu erməni silahlı qüvvələri tərəfindən işğal edilib.
Məlumat üçün qeyd edək ki, hazırda Ağdamda yenidənqurma işləri aparılır.
Xəbər lenti
0